Noda — Azərbaycan Respublikasının Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 1100 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.

Təhsil Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı"Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1161 000 manat vəsait ayrılmışdır."Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı xərclərin bölgüsünə dair SİYAHI" . president.az

İstinadlar

Kateqoriya:Lerik rayonunun kəndləri