Kəndoba — Azərbaycan Respublikasının Ağsu rayonunun Kəndoba kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şirvan düzündədir. Yaşayış məntəqəsi vaxtilə Qaraağaclı kəndinin yaxınlığında oba (müvəqqəti yaşayış məntəqəsi) olmuş, daimi yaşayış məntəqəsinə çevrildikdən sonra Qaraağaclı kəndi də ona birləşdirilmişdir. Kənd və oba komponentlərinin birləşməsindən düzəlmiş oykonim də buradan yaranmışdır”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.395.
İstinadlar
Kateqoriya:Ağsu rayonunun kəndləri