Şəkərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hacıvar kəndi mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır. 29 mart 2005-ci il tarixli 874-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Sak türklərinin (İşqız Dövlətinin e.ə VII-V əsrlər) adı ilə əlaqədardır. Sakasena, Saki, Saktala, Balasakan, Ərsak, Şakabad və s.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199911385595792009↗1233↗598↗635
Tanınmış şəxsləri İslam Səfərli — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi. Ülviyyə Həmzəyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. Abbas Quliyev – Sovet İttifaqı Qəhrəmanı.
İqtisadiyyatı 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.
Təhsil Kənddə Şəkərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Şəkərabad kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri