Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular.

Tarixi Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. Bunlar şəhər-dövləti şəklində mövcud olmuşlar. Burusxan, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Assur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.

Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin aşağı ictimai təbəqəsinə mənsub idilər. Belə adamların tərkibi qullardan, təsərrüfatdan asılı təhkimçilərdən, muzdlu işçilərdən ibarət olmuşdu.

Het qanunları Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında öz əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı. Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir maddəsində deyilir: "Əgər qul evdə oğurluq edərsə, o, oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü isə sahibinə qaytarılmalıdır…". Əgər sahibi desə "mən onun əvəzini ödəyərəm", onda o, ödəməni verməlidir. Əgər o imtina etsə, onda quldan məhrum olur".

Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu, yaxud kənizi vurarsa, o da ölərsə və bunu həmin kəs qəsdən etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat üçün əmlak da verməlidir" Köləliyin əsas mənbəyi müharibələr olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər het mətnlərində arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı. Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər.

Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi münasibətlərinə həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: "Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir".

Ailədə nəinki övlad, eləcə də əmlak müəyyən hüquqi qaydalara əsasən ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri arvadın ata evindən gətirdiyi cehiz barədə də hüquq normaları müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə də sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin) olmalı və cehizi həmçinin kişiyə çatmalıdır. Əgər qadın atası evində vəfat edərsə və uşaqları qalarsa, onda kişi (əri) cehizi almamalıdır".

Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə (ərin qardaşı ilə) kəbin kəsdirməyə və ona ərə getməyə icazə verirdi. Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad qayınatasına ərə gedə bilərdi. Bunlar göstərir ki, qız ər evinə həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli idi. Məsələ ailə daxilində həll olunurdu. Het ailəsində patriarxal qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul etmək olar. thumb|300 px|Qədim Het heykəlləri (Türkiyə) Het cəmiyyətində sənətkarlıq inkişaf tapmışdı. Qanunlarda müxtəlif peşələrin (metalişləmə, dülgərlik, gönçülük və s.) adı çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və tuncdan istifadə edirdilər. Anadoluda dəmirdən hələ e.ə. III–II minilliklərdə istifadə olunurdu. Bu dövrün arxeoloji təbəqələrindən dəmir heykəlciklər, ibadət xüsusiyyətli yazılı lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif əşyalar, o cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, mismar) və s. düzəldirdilər. E.ə. XIV–XIII əsrlərdə dəmirdən hazırlanmış əşyalar het hökmdarlarının varidatı içərisində böyük sərvət hesab olunurdu.

Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə baha idi. Het qaynaqlarında müxtəlif çəkili (45 kq qədər) dəmir külçələri yad edilirdi.

Het məhkəməsi şifahi və yazılı ənənəyə əsaslanırdı. Het qanunlarında yazılı məhkəmə qaydaları, cəza normaları əks olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar şurasında baxılırdı. Məhkəmə işlərində dövlət nümayəndəsi iştirak edirdi. Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona tapşırılmışdı: "Haqq işi nahaq eyləmə, nahaq işi haqq eyləmə. Ədalətli ol". Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli idarə nümayəndələri də iştirak edirdilər. Mürəkkəb məhkəmə işləri hökmdarın səlahiyyətinə verilirdi.

Het mədəniyyəti Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, silah və əmək alətləri, Boğazgöydə (Xattusa) tapılmış het hökmdarlarının yazılı sənədlər arxivi het mədəniyyəti barədə müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het mədəniyyətinin təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. Het mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi.

Het mədəniyyətinə hurri etnosları, hind-Avropa tayfalarından luvi və palaylar müəyyən təsir göstərmişdilər. Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het mədəniyyətində öz əksini tapmışdı. Vaxtilə het aləmində prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. Lakin het etnik və dil aləmi bu səpkidə dərin və ciddi tədqiqat obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər müəyyən edilmişdir. Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind. Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq "Het oğulları", "Hetlər" kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər. XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və 115 IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir. Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q. Vinklerin 1906–1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir. Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi. Anadolunun şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Xattusa şəhər-dövlətləri Aşşur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin gələcək paytaxtı Xattusa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu. Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir göstərmişdi. Şimali Suriya və şumer-akkad mədəni amillərini də inkar etmək olmaz. Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu arxivdə tapılan "III Hattusulinin tərcümeyi-halı" əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq xalq və bir çox ədəbi nümunələri ("Gilqameş haqqında əfsanə") het dilinə tərcümə olunmuşdur. Kumarbi tanrısı haqqındakı epik poema "Ullikummi haqqında mahnı" adlandırılır. Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. "İlluyanka haqqında mif" əsəri belələrindəndir. Burada ilahi qəhrəmanlarla onun düşməni olan əjdaha İlluyanka arasındakı mübarizə şərh olunur. Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan heyvan fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır. Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya yonulması hesab olunur. Het dini təsəvvürləri cəmiyyətin ideoloji və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd etdikləri kimi "Hattininin min tanrısı" mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, ari və digər mənşəli tanrılar idi. Baş tanrı fırtına tanrısı olub "səmanın şahı, Hattinin hakimi" hesab edilirdi. Bu tanrının arvadı Arinna şəhərindən olan Günəş tanrısı sayılırdı. Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi "ölən və dirilən tanrı" Telepinin adı ilə bağlıdır. Bu ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur. Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu əfsanə bahar şənlikləri zamanı söylənilirdi. Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir.

Het ədəbiyyatı Məlum olduğu kimi, Sarqon (e.ə. 2316–2261-ci illər) və Naram-Suen (e.ə. 2236–2200-cü illər) Akkad sülaləsinin ən görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı rəvayətlərə het ədəbiyyatında rast gəlinir.

Het ədəbiyyatında Şumer-Akkad təsiri başqa sahələrdə də özünü göstərmişdi. Hetlər mixi yazı