Höytala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Oytala kəndi Höytala kəndi adlandırılmışdır.
Tarixi Höytala kəndinin tərkibində 4 oba var (Padaroba, Yuxarı oba, Qallaoba, Ferma). Höytalada 5 çöl var (Böyükçöl, Yeniçöl, Bostançöl, Kilsəçöl, Qabaqlıq çölü).
Coğrafiyası və iqlimi Kənddən Qaraçay, Deretap çayı və Qobu çayı axır.
Əhalisi Əhali əsasən avarlardan və azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıq təşkil edir.
2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. socar.az, 17.06.2015
Mədəniyyəti Kənddə 2 kitabxana, mədəniyyət evi və klub fəaliyyət göstərir.
Təhsil Kənddə 1 ümumi orta məktəb fəaliyyət göstərir.
Din Kənddə 1 məscid mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zaqatala rayonunun kəndləri