Altıağac — Azərbaycan Respublikasının Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağac kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Altıağac kənd Soveti ləğv edilərək, Altıağac şəhər tipli qəsəbəsi mərkəz olmaqla Altıağac qəsəbə Soveti yaradılmışdır.
Haqqında thumb|300px|Altıağac yaxınlığında rəngarəng dağlar Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağac, rayon mərkəzindən 12–14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi.
Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6–7 km-ə bərabər götürülüb. "Altıağac" (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6–7 ağaca, yəni təxminən 45–50 km-ə bərabərdir. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, tunc dövründən burada insanlar yaşayır. qəsəbənin şimal şərqində XII əsrdə tikilmiş qalanın qalıqları mövcutdur
Din Qəsəbədə Altıağac qəsəbə məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.
İstinadlar
Xarici keçidlər Xızı rayonu haqqında Altıağac Tədris-təcrübə və istirahət mərkəzi Rəfail Oğuztürk Dağlı. Xızı-Siyəzən bölgəsinin tarixinə dair (arxeolojietnoqrafik tədqiqat). Bakı, 2011
Həmçinin bax
Kateqoriya:Xızı rayonunun qəsəbələri Kateqoriya:Xızı rayonunun görməli yerləri