Bəciravan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Bəcirəvan oyk, sadə. Bərdə r-nunun Xəsili inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir; Pirsə çayının (Göytəpə çayının qolu) sağ sahilində, Lənkəran ovalığındadır; İmişli rayonunun Bəcirəvan inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km. aralı, Mil düzündədir. 1933-cü ildə bu kəndin adı Bəcirəvanlı kimi qeydə alınmışdır. IX-XIV əsrlərə aid mənbələrdə Cənubi Azərbaycanın ərazisində, Muğan düzündə Bacrəvan adlı şəhər haqqında məlumat verilir. Bu şəhər Muğanın mərkəzi şəhəri olmuşdur. Bəcirəvan adı ccnibdan şimala əhalinin miqrasiyası ilə gətirilmişdir. Mənbələrdə Beşbarmaq dağı ətrafında Bəcirəvan kəndi, Muğanda Bəcirəvan çayı haqqında da məlumat var. Bəcirəvan toponimi haqqında müxtəlif fikirlərin söylənilməsinə baxmayaraq, bu sözün izahı hələ də mübahisəli olaraq qalır. Bəcir (əslində bəzir-"kətan") və van (yer) komponentlərindən ibarət olan bu toponim "kətan yetişdirilən yer", "kətan istehsal olunan yer" deməkdir. Əsasən subtropik və mülayim qurşaqda yetişdirilən bu qiymətli bitki üçün Muğan əlverişli yer olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2385 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri Kateqoriya:Azərbaycan tarixi