Cəfərli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Cəfərli kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Toponimikası Cəfərli oyk, sadə. Ağsu rayonunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri muğanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; İmişli r-nunun eyniadlı i.ə.v.-də kənd. Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Gədəbəy r-nunun Əliismayıllı inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX əsrin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir; Qazax r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi qazaxların qafarlı tayfasının bir qolu olan cəfərli elinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 392 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri