Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Mehdili kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Kürdəmir rayonunun kəndləri