Söyüdlər — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Köhünlü kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Söyüdlər oyk. Şirvan düzündədir. Fitooykonimdir, miqrasiya edilmiş coğrafi addir. Yasayış obyektini vaxtilə Cənubi Azərbaycanın Söyüdlər kəndindən köçüb gəlmiş ailələr saldığı üçün hamin yerin adı ilə adlandırılmışdır. Kənd əvvəllər Kür çayının sahilində yerləşmiş, sonralar yerini dəyişmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri