Şıxımlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Atakişili kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şıxımlı oyk. Şirvan düzündədir. əsl adı Şıxümmülüdür. Oykonim Şıxiimmü (qəbir pirin adı) va -lü (mənsub. bildirir) komponəntlarindən düzəlib, kənddəki eyniadlı pirin adı ilə adlandırılıb. Pirin adı isə şıx (şəyx) və ümmii (ər. "ana”) sözlərindən düzəlib, "şeyxin anası” deməkdir. Dəyilənə görə, bu pir keçmişdə mömin və ara həkimi olmuş aslan səyid hesab olunan bir qadının məzarıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası və iqlimi Şıxımlı kəndi rayon mərkəzindən 2 km aralida Kürdəmir–Ağsu yolunun ustundə yerləşir. Kürdəmirin digər Atakişili, Şahsevən, Qaraqocallı, Mürtülü və Xırdapay kəndləri ilə qonşudur.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2031 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə 1 məktəb, 1 məscid, tibb məntəqəsi, poçt, ATS, çörəkbişirmə sexi, daş sexi, dəyirman, 2 şadlıq sarayı, restoran və s. iaşə obyektləri yerləşir. ETSN tərəfindən kəndi təmiz içməli su ilə təmin etmək üçün təmizləyici qurğu tikilmişdir. Kənd əhalisi əsasən təsərrüfat və ticarətlə məşğul olur. Kəndin qaz təminati vardir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri