Bayoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hacıəlibəy kənd inzibati ərazi dairəsində kənd.
Adının mənası Yerli əhalinin verdiyi məlumata görə, obanın əsasını əslən Quba rayonunun Cek kəndindən olan Bay adlı bir şəxs qoymuşdur. Oykonim bay və oba komponentlərindən ibarət olub, "bəy kəndi" və ya "bəy obası" deməkdirAMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 119.
Bayoba kəndi Xaçmaz rayonun Quba rayonuna yaxın ərazisində yerləşir. Bu kəndin hər tərəfi müxtəlif meyvə bağları ilə əhatə olunmuş füsünkar bir ərazidir. Bayoba kəndi adını 18 əsrin sonlarında yaşamış Bay adlı adamın adıyla bağlıdır. Deyilənlərə görə Bay və onun ailəsi bu kəndə ilk məskən saldıqları üçün kəndin adı Bayoba qalıb. Kiçik bir kəndir təxmini əhali sayı 500-600 nəfər və ev sayı isə təxmini 110-120-dir.
Tarixi Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt ceklilərin bir hissəsi bu əraziyə köçmüşdür Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Coğrafiyası və iqlimi Samur-Dəvəçi ovalığındadır.
Əhalisi Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan ceklilər təşkil edir.
Təhsil Kənddə Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuş Əlvan Fətəliyev adına ümumi orta məktəb fəaliyyət göstərirAzərbaycanda şaxtalı hava məktəblilərin də yolunu bağlayıb - VİDEO . Məktəbdə təxmini 120-yə yaxın şagird təhsil alır.
Həmçinin bax Cek
İstinadlar
Kateqoriya:Xaçmaz rayonunun kəndləri Kateqoriya:Ceklilər