() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır.
Meyvəsi Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.
Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir. Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəzedicisi kimi işlədilir. Həm də bundan sidikqovucu və maddələr mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə göyəm şirəsi ishala qarşı, qatılaşdırılmış isə qanlı ishala qarşı təsiredici vasitədir. Göyəm çiçəklərindən alınan sulu məhlul isə işlətmə dərmanı kimi tətbiq olunur.
Göyəm həm də balverən və bəzək bitkisidir. Mədəni gavalı göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir.
İstifadəsi Uzun, iti tikanları olan kol Britaniya və Şimali Avropanın digər yerlərində ənənəvi olaraq mal-qaranın müəyyən əraziyə keçməsinə maneə olmaq üçün "çəpər məqsədi ilə" istifadə olunur.
Göyəm şirəsi saxta portveynnin istehsalında istifadə olunur.
Göyəmdən meyvə konservləri və çatni hazırlanır və bəzən meyvə piroqlarında istifadə edilir. Tərkibi mühüm üzvü maddələrdən biri olan amiqdalinlə zəngin olan göyəmdən Avropada cin və likör kimi içkilərin hazırlanmasında,Митюков А. Д., Налетько Н. Л., Шамрук С. Г. Дикорастущие плоды, ягоды и их применение. Мн.1975 Azərbaycanda isə turşu, mürəbbə və kompot hazırlanmasında geniş istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ kollar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Giləmeyvələr Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qazaxıstan florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları