M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Tarixi Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb.

26 sentyabr 2012-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi olmuşdur.

Qəbul və tədris rus dilində aparılır. Tələbələr dövlət hesabına təhsil alırlar. Universitetdə həm bakalavr, həm də magistr dərəcəsi almaq imkanı mövcuddur. Təhsil forması əyanidir.

Filialın tədris fəaliyyəti M. V. Lomonosov adına MDU-nun tədris plan və proqramlarına əsaslanır.

Bakı şəhərindəki M. V. Lomonosov adına MDU filialının rektoru professor Nərgiz Paşayevadır.

Həmçinin bax M.V.Lomonosov adına Moskva Dövlət Universiteti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

İstinadlar

Xarici keçidlər MDU Bakı filialının rəsmi saytı

Kateqoriya:Moskva Dövlət Universiteti Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan universitetləri Kateqoriya:Azərbaycan–Rusiya münasibətləri Kateqoriya:Universitetinin filialları