İsa bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
İsa bulağı Şuşa şəhərindən iki kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.260.
Bərpası Vətən müharibəsindən sonra İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.Bulağın özü mərmərdən hazırlanıb, İsa Bulağı sözü isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub.
Qalereya
İstinadlar
Xarici keçidlər İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib
Kateqoriya:Azərbaycan bulaqları Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşa bulaqları Kateqoriya:Hidronimlər Kateqoriya:Azərbaycanın memarlıq abidələri Kateqoriya:Şuşadakı binalar və tikililər