Düşən cisim - heç bir şey ilə dəstəklənmir (yəni sərbəst düşür) və yer üzərinə qravitasiya gücü ilə çəkilir. Qravitasiya - Yerin digər cisimləri özünə çəkmə gücüdür.
+ Bəzi səma cisimlərininQaz topasından ibarət nəhəng kosmik obyektlərdə "səth" dedikdə, onun atmosferinin Yerin dəniz səviyyəsindəki atmosfer təzyiqinə bərabər hündürlüyü hissəsi başa düşülür(). Səthdə sərbəstdüşmə təcili, m/san2 və Günəş 273,1 m/san2 27,85 Merkuri 3,68—3,74 m/san2 0,375—0,381 Venera 8,88 m/san2 0,906 Yer 9,81 m/san2 1,00 Ay 1,62 m/san2 0,165 Serera 0,27 m/san2 0,028 Mars 3,86 m/san2 0,394 Yupiter 23,95 m/san2 2,442 Saturn 10,44 m/san2 1,065 Uran 8,86 m/san2 0,903 Neptun 11,09 m/san2 1,131 Pluton 0,61 m/san2 0,062
Havanın müqaviməti olmadan cisimlər ilk dəfə Qalileyin ortaya çıxardığı sərbəstdüşmə qanununa əsasən yerə düşür. Cisim nə qədər çox müddət sərbəstdüşmədə olarsa onun düşmə sürəti bir o qədər də artır.Sərbəst düşən bir cismin sürətlənməsi saniyədə 9,8 metrə bərabərdir.Bu o deməkdir ki,cisimin sürəti sərbəstdüşmədə olduğu hər 1 saniyədə 9,8 m/san artır.Düşmənin ilk saniyəsində isə onun sürəti 9,8 m/san-yə bərabərdir.
Hava qatlarından keçən cisim isə bu proqreslə sürət yığa bilmir.Bu halda cisim yalnız müəyyən sürəti yığır.
Havanın müqavimətinə görə cismin sürətinin müəyyən limit olur. Yəni müəyyən bir hava müqavimətində cisim yalnız o müqavimətə əsasən müəyyən sürəti yığa bilir. Bu hətta ağır cisimlərə belə aid olur.Düşmənin əvvəlində onlar müəyyən bir düşmə sürət alırlar yalnız onların düşmə sürəti artdıqca havanın müqavimətidə artır ki,bu da,onlara sürət limiti qoyur.Yəni sonda müqavimətin gücü qravitasiyanın gücünə bərabər olur və bundan sonra cisim artıq sürət yığa bilmir. O öz "son sürət"inə çatır və bundan sonra düşmənin sonuna kimi sürəti dəyişmir.
İstinadlar
Kateqoriya:Fiziki sabitlər Kateqoriya:Qravitasiya