Pirlər — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir.
Tarixi 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xocalı rayonunun Xramort kənd inzibati ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati ərazi vahidi Pirlər kənd inzibati ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.
19–20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Coğrafiyası və iqlimi Kənd dağ ətəyi ərazidə yerləşir.
Əhalisi 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdiİnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali — səh. 2.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Xocalı rayonunun kəndləri