Qdansk ( , , , 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiq ) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir.

Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi).

İqtisadiyyat Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir. Pomor voyevodalığı, eləcə də Qdansk yay aylarında iri turizm mərkəzinə çevrilir, milyonlarla polyak və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları Baltik dənizi sahilindəki çimərliklərdə dincəlirlər.

Qdanskın iri şirkətləri:

Grupa Lotos — energetika Energa Trading — energetika GE Money Bank — maliyyə işi Gdańska Stocznia Remontowa — gəmiqayırma Elnord — energetika Elektrociepłownie Wybrzeże — energetika LPP — xırda ticarət Polnord Energobudowa — tikinti şirkəti Petrobaltic — energetika Delphi — avtomobil hissələri Intel — IT IBM — IT Fineos — IT Wirtualna Polska — internet-xidmət Arla Foods — qida sənayesi Acxiom — IT Kainos — IT Dr. Oetker — qida sənayesi Lufthansa Systems — IT Compuware — IT ZenSar Technologies — IT SII — IT Suruga Seiki — IT Thomson Reuters — KİV ThyssenKrupp Johann A. Krause — polad, texnika, mühüm mallar Maersk Line — services & pick-up First Data — maliyyə işi Masterlease — maliyyə işi Transcom WorldWide — autsorsinq biznes-emallar Jysk — xırda ticarət Meritum Bank — maliyyə işi Glencore — xammal Orlen Morena — energetika Fosfory Ciech — kimya şirkəti Crist — gəmiqayırma Dr Cordesmeyer — un istehsalı Hydrobudowa — tikinti şirkəti Mercor — yanğından müdafiə sistemləri Cognor — polad, texnika, mühüm mallar Llentabhallen — polad konstruksiyalar Atlanta Poland — qoz-fındıq və quru meyvələr idxalçısı Ziaja — kosmetika və gözəllik salonları şirkəti Stabilator — tikinti şirkəti Skanska — tikinti şirkəti Young Digital Planet — IT Flügger — boya istehsalı Satel — təhlükəsizlik sitemləri, IT HD Heavy Duty — xırda ticarət Dresser Wayne — xırda yanacaqdoldurma şəbəkəsi Maersk Line — services & pick-up First Data — maliyyə işi Masterlease — maliyyə işi Transcom WorldWide — autsorsinq biznes-emallar Weyerhaeuser Cellulose Fibers — sellüloz liflərinin istehsalı (nəzərdə tutulub) Sony Pictures Entertainment — mühasibat uçotu (nəzərdə tutulub) Gdańsk Shipyard — gəmiqayırma Stocznia Północna — gəmiqayırma

Nəqliyyat thumb|right|300px|Qdansk tramvayı — Bombardier NGT6. Lex Valensa adına Qdansk hava limanı – Qdanskda yerləşən beynəlxalq hava limanı; Qdansk limanı — Qdansk körfəzinin cənub sahilində, şəhərin hüdudları daxilində yerləşən liman; Gdańsk Główny (PKP vağzal) — PKP Intercity и SKM xidmətləri göstərən əsas sərnişindaşıma dəmiryol stansiyası; Szybka Kolej Miejska — Truymyastoda şəhərlərarası nəqliyyat xidməti; Avtobuslar və tramvaylar parkı ЗТМ Gdańsk (Zarząd Transportu Miejskiego w Gdańsku) ixtiyarındadır. Obwodnica Trójmiejska — Qdınya, Sopot və Qdansk şəhərlərinin ətrafında dolanan xətt.

Qatar əsas Polşa şəhərlərilə, eləcə də qonşu vilayətlərlə əlaqəni təmin edir. A1 avtostradası Qdansk şəhərini və limanını ölkənin cənub sərhədləri ilə birləşdirir.

Qdansk cənuba doğru Polşa, Çexiya, Avstriya və Sloveniyadan keçib Xorvatiyanın Pula şəhərində yekunlaşan AvroVelo marşrutunun başlanğıc məntəqəsidir.

İdman thumb|200px|"Lechii" stadionu Qdanskda, eləcə də Truymyasto vilayətində çoxlu sayda məşhur peşəkar idman komandaları var. Həvəskar idmanla minlərlə qdansklı məşğul olur, idman fənni bütün təhsil ocaqlarında (ibtidai və orta məktəblərdə, universitetlərdə) tədris edilir. Şəhərin peşəkar futbol klubu Lexiyadır. 1945-ci ildə təsis edilən bu klub Polşa futbol çempionatının yüksək divizionunda oynayır. Klub ev oyunlarını keçirdiyi Lechii stadionunu 2012-ci ildə Ukraynayla yanaşı Polşada da keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilən PGE Arena stadionuna dəyişəcək.

Siyasət və yerli özünüidarəetmə thumb|200px|Uzun Bazar gecə vaxtı

Müasir Qdansk Pomor voyevodalığı adlanan əyalətin mərkəzidir. Şəhər həm də Polşanın iqtisadi və adminstrativ həyatının əsas mərkəzlərindən biridir. Hakimiyyətin bir çox vacib dövlət və yerli orqanlarının – əyalət adminstrasiyasının, əyalət hökumətinin, Dövlət Xəzinəsi Agentliyinin, İstehlakçıları və Rəqabətin Müdafiəsi Agentliyinin, Regional Sosial Sığorta Şirkətinin, Apellyasiya məhkəməsinin, Adminstrativ Ali məhkəmənin şəhərdə şöbələri, baş ofisləri var.

Regional mərkəz Qdansk voyevodası 1999-cu ildə genişləndirilmiş və keçmiş Slupski voyevodasının böyük bir hissəsi, Elblonq voyevodasının qərb hissəsi, Bıdqoş voyevodasının Xoynitse qəzası onun tərkibinə qatılmışdır.

Məşhur qdansklılar Böyük Sventopelk (Świętopełk) (1191–1266) Yan Dantişek (1485–1548) Abraham van den Blok (1572–1628) İsaak van den Blok (1572–1626) Yeremias Falk (1610–1667) Yeji Starovski (1614–1675) Yan Qeveli (1611–1687), pivəçəkən və astronom. Qabriel Farenqeyt (1686–1736), fizik, eyniadlı hərarət şkalasının icadçısı. Daniel Qralat (1708–1767) Daniel Xodovetski (1726–1801) Adam Kazimir Çartorıyski, (1734–1823) Yan Upxagen (1731–1802) Kristof Selestin Mronqovi (1764–1855) Artur Şopenhauer (1788–1860), filosof. Lex Badkovski (1920–1984) Günter Qrass (1927), yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı 1999. Lex Valensa (1943) Kşiştof Kolberger (1950) Yan de Verixa-Vısoçanski (1950) Yeji Ovsyak (1953) Donald Tusk (1957) Pavel Qvelle (1957) Zbiqnev Vansel (1966) Dariuş Mixalçevski (1968) Adam Darski (1977), musiqiçi, ən məşhur polyak metal-qruppası olan "Behemoth"un vokalçısı və gitaraçısı. Xolger Sukay, musiqiçi, alman kraut-rok qruppası olan "Can"ın yaradıcılarından biri. Marek Kaminski – polyak səyyah, qütbçü.

Qardaş şəhərlər Astana, Qazaxıstan Barselona (), İspaniya Bremen (), Almaniya Bıtuv (, ), Polşa Vilnüs (, ), Litva Kalininqrad, (), Rusiya Kalmar (), İsveç Klivlend (), Ohayo, ABŞ Marsel (), Fransa Nitssa (), Fransa Odessa (), Ukrayna Rotterdam (), Niderland Ruan (), Fransa Sankt-Peterburq, (), Rusiya (1961) Sefton (), İngiltərə Turku (, ), Finlandiya Helsingör (), Danimarka

640px|center|Şəhərin panoraması

İstinadlar

Şəkillər

Xarici keçidlər http://www.gdansk.pl Qdansk. Fotoalbom Qdanskın retro foto-şəkilləri Qdanskdakı mehmanxanalar Qdanskdakı apartamentlər

Kateqoriya:Polşa şəhərləri Kateqoriya:Baltik dənizinin liman şəhərləri Kateqoriya:Qdansk Kateqoriya:Baltik dənizinin limanları