Etibar İsmayılov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdurEtibar İsmayılov Milli Qəhrəman — sabuncu.libmks.az saytı. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.

Döyüşlərdə iştirakı Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir. Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.

Ailəsi Subay idi.

Milli Qəhrəman thumb Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Cəsədi döyüş meydanında qalmışdır.

İstinadlar

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 143.

Xarici keçidlər İsmayılov Etibar İsmayılov Etibar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağcabədidə doğulanlar Kateqoriya:Xocavənddə vəfat edənlər Kateqoriya:Birinci Qarabağ müharibəsində kəşfiyyatçılar Kateqoriya:Azərbaycan kəşfiyyatçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində itkin düşənlər