Paruyr Hayrikyan (; ) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə partiyasının rəhbəri

Həyatı Paruyr Arşaviroviç Hayrikyan 5 iyul 1949-cu ildə İrəvanda anadan olmuşdur.

Təhsili 1956–1966-cı illərdə Nubaraşendə orta məktəbdə təhsil almışdır.

1966–1969-cu illərdə İrəvan Politexnik İnstitutunda oxumuşdur.

Fəaliyyəti

Əmək fəaliyyəti Əmək fəaliyyətinə İrəvan Politexnik İnstitutunda oxuduğu illərdə başlamış, tələbəliklə yanaşı fabrikdə elektrik işləmişdir.

Siyasi fəaliyyəti Siyasi fəaliyyətinə görə 1969–1973-cü illərdə həbsdə olmuş və 4 il düşərgələrdə saxlanılmışdır.

Həbsdən sonra 1973-cü ildə İrəvana qayıtsa da burada inzibati nəzarət altında yerləşdirilmişdir. 5 fevral 1974-cü ildən DTK-nın həbs mərkəzinə yerləşdirilmiş, daha sonra qayda pozuntusuna görə 2 il yenidən düşərgələrdə saxlanılmışdır.

1987-ci ildən İrəvana dönmüş və tərəfdarları ilə birlikdə Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaratmışdır.

1988-ci ildə erməni separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmişdir. 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən faciəvi hadisələrin təşkilində sovet hakimiyyətini ittiham etmiş və bunun üstündə onu vətəndaşlıqdan məhrum edərək, onu Efiopiyaya deportasiya ediblər. O, etiraf edirdi ki,

"Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu"Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, "MBM-R", 2009. səh. 24.

Təzyiqlərə baxmayaraq, o, 1988–1992-ci illərdə SSRİ-də erməni milli xalq hərəkatının lideri olmuş; "Demokratiya və müstəqillik" adlı beynəlxalq təşkilatın sədri seçilmişdir.

Parlamentdə 1990–1995-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı və Ermənistan SSR Ali Sovetinin Dövlət müstəqilliyi və milli siyasət üçün təsdiq daimi komitəsinin üzvü olmuşdur.

1995–1999-cu illərdə də Ermənistan parlamentinin üzvü olmuş və Xarici əlaqələr daimi komitəsinin üzvü idi.

Ermənistan prezidentliyinə namizəd 2003-cü ilin fevralında Ermənistan prezidentliyinə namizəd olmuşdur. 2012-ci ilin dekabrında yenidən Ermənistan prezidentliyinə namizədliyini irəli sürmüşdür.

Mənbə AYRİKYAN — SÜLHPƏRVƏR ERMƏNİ DİSSİDENTİ

İstinadlar

Kateqoriya:Ermənistan siyasətçiləri Kateqoriya:Ermənistan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin deputatları Kateqoriya:Ermənistan prezidentliyinə namizədlər Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:Ermənistan antikommunistləri Kateqoriya:Sui-qəsd qurbanları