Malik Əsədov (tam adı: Əsədov Malik Hamil oğlu) () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur.
Döyüşlərdə iştirakı Birinci Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.ƏSƏDOV MALİK HAMİL oğlu — MilliQahramanlar.az
Ailəsi Ailəli idi.
Xatirəsi Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
İstinadlar
Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 97.
Həmçinin bax Birinci Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Yevlax rayonunda doğulanlar Kateqoriya:Şuşada vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları