Rəşad Sadiqov () — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hazırda Qəbələ klubunda çıxış edir.

Həyatı

Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib.

Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir. 2 oğlu 1 qizi var.

Karyerası

İlk peşəkar klubu Xəzri Buzovna komandası olub. 14-15 yaşında bu klubun heyətində oyunlara çıxıb. 2000-2002-ci illərdə Şəfa Bakının şərəfini qoruyub. 2002-ci ildə Neftçi Bakı klubuna keçib. 2004/2005 mövsümündə MOİK Bakı klubunda çıxış edib və yenidən Neftçi Bakı klubuna qayıdıb. Ümumilikdə 5 mövsümü Neftçi Bakı klubunda keçirən futbolçu alman mütəxəssis Yurgen Gedenin "qara siyahısına" düşüb və 2009-cu ildə Qarabağ klubuna transfer olunub. 2012-ci il yay transfer dönəmində Neftçi Bakı klubuna keçib.

Statistika

1 fevral 2015 məlumatları

Klub karyerası Liqa Kubok Qitə Cəmi Mövsüm Klub Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Azərbaycan Liqa Azərbaycan Kuboku Avropa Cəmi1998-99Bakı FəhləsiAPL1000—102000-01Şəfa Bakı1000—102001-0222000—2202003-04Neftçi Bakı16000—1602004-05000040402004-05MOİK Bakı (Loan)28100—2812005-06Neftçi Bakı23200102422006-0724000—2402007-0819000202102008-09400052922008-09Qarabağ13000—1302009-1025220603322010-1132410814152011-1224250523442012-13Neftçi Bakı285501224572013-14710020912014-15Xəzər-Lənkəran15000-150Qəbələ1000-10 Karyera cəmi3071918045737026

İstinadlar

Xarici keçidlər

Rəşad Sadiqov - National Football Teams

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları