Zərrin Egeliler — Türkiyə erotik filmlər dövrünün aktrisası; rəqqasə; müğənni.
Həyatı Əsl adı Hatice Egelilərdir. 1942-ci il may ayının 1-ində İstanbulda anadan olmuşdur . İstanbul qız liseyini bitirmiş və sənət həyatına foto roman oyunçusu olaraq daxil olmuşdur. Bir çox foto romanda rol almışdır. O, kinoya ilk dəfə 1972-ci ildə kiçik rolda çəkildiyi "Solan Yaprak" filmiylə qədəm qoymuşdur. 1977-ci ildə baş rolunu Türkan Şorayın canlandırdığı "Dila Hanım" filmində oynadığı 2-ci dərəcəli rol ilə kino sevərlərin diqqətini cəlb etdi. Və 1978–1979 cu illərdə erotik türk filmlərində çəkilərək bu janrın "Türkan Şoray"-ına çevrildi. 1978-ci ildə 21, 1979-cu ildə isə 37 filmdə oynayan aktrisa karyerası boyu toplam 68 filmdə rol almışdır. 1980-ci ildə keçirilən "İzmir Fuarı"-ında müğənni kimi səhnəyə çıxdı, ancaq sonralar müğənni kimi məşhurlaşa bilmədi. Sonuncu oynadığı film 2005-ci ildə lentə alınmış "Maraşlı yelpaze — 2" filmidir.
Zərrin Egelilər ilk dəfə 14 yaşında ikən ailə həyatı qurmuş, ancaq bu evliliyi uzun müddət davam etməmişdir. Daha sonra Bursa şəhərində "Köşk Kazino" sahibi olan Fahri Balcı ilə ikinci dəfə ailə həyatı quran aktrisanın bu nigahdan iki övladı vardır .
2005-ci ildə aktrisa karyerasını sona çatdıran Zərrin Egelilər hazırda ailəsi ilə birlikdə Fransada yaşayır .
Filmləri +Zərrin Egelilərin filmləriSinematurk.com : Zerrin Egeliler filmleri Filmin adı İli Filmin janrı Yaratdığı obrazın adıKimbilir / Kibariye1981macəra…Acemi Dolandırıcılar1979erotik, komediyaNaciyeAhlaksız / Utanç1979erotikZərrinAşk Bebeği1979erotik…Aşk Şarabı1979erotik, komediya…Ateşli Dilber1979erotik…Ay Aman Of 1979erotik…Bal Badem 1979erotikSemaBir Çiçek Üç Böcek1979erotik, komediya…Canım Benim 1979erotik, macəraGülCanın İsterse 1979erotik, melodram…Çıplaklar 1979erotik…Fakir 1979melodram…Gizli İlişkiler 1979erotik…Günahkar Kadın 1979erotik…Kadersizler 1979erotik, melodramLüks ŞerminKadın İsterse 1979erotik…Kara Kısrak 1979erotik…Koca Aranıyor 1979erotik…Madrabaz 1979macəra…Memnu Meyve 1979erotikDul KadınMinnoş 1979erotik, komediyaMinnoşO Kadınlardan Biri 1979erotik…Ölüm Emri 1979erotik, macəra…Öttür Kuşu Ömer 1979erotik, komediyaMelahatSeven Sevene 1979erotik GülSkandal 1979erotik…Şahin 1979erotik…Şehvet Uçurumu 1979erotik, macəra, fantastikaHülyaŞıllık 1979erotikSelma, LaleUçurumdaki Kadın 1979erotik…Yataktan Yatağa 1979erotikGülYeddi Kocalı 1979erotik, komediya…Yosma 1979erotik…Bu Gece Bende Kal 1979erotik…Bu Benim Günahım 1979erotik…Gönül Oyunu / Yatak Hikayemiz 1979erotik…Hayat Kadını / Sürtük 1979erotikGönülOtobüs Neriman 1979erotikNerimanKara Leke 1979erotik…Lekeli Kadın 1979erotikZərrin
Xarici keçidlər Ağa Düşen Kadın filmindən fraqment : youtube-da izlə Sonsuz Gece filmindən fraqment : youtube-da izlə
İstinadlar
Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:İstanbulda doğulanlar