Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər.
Tarixi Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə,İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.127 Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.177 qeyd edilmişdir.
Toponim dini məna bildirən molla və göyçə türk etnonimininАтаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.42 birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir.Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.249 Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Maralik qoyulmuşdur.
İstinadlar
Kateqoriya:Şörəyel mahalı Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri