Sent Lüsiya ( ) — Vest-İndiya, Sent-Vinsent və Martinika adaları arasında eyniadlı adada yerləşən ada dövləti.
Tarixi Sent-Lüsiya Kolumb tərəfindən 13 dekabr 1502-ci ildə kəşf edilib. 1605-ci ilnən 1638-ci illər arası ingilislər orada yaşayış məskənləri salmaq istəsələr də, yerli əhalinin ciddi müqavimətinə rast gəliblər.
Onlarla müqavilə bağladıqdan sonra fransızlar 1650-ci ildə orada məskunlaşıblar. 1814-cü ildə Paris sülh müqaviləsinə görə ərazi Böyük Britaniyanın nəzarətinə keçir. 22 fevral 1979-cu ildə Sent-Lüsiya müstəqillik əldə edir.
Siyasi quruluşu Sent-Lüsiya BMT-nin üzvüdür, dövlət başçısı Böyük Britaniyanın monarxıdır. Onu ölkədə monarx tərəfindən təyin edilən general-qubernator təmsil edir. Qanunverici orqan ikipalatalı parlamentdir. Yuxarı palata — Senat (11 senator). Aşağı palata — Nümayəndələr Palatası — (17 deputat).
Ölkə 11 icmaya bölünür. Onların hər birində şəhər və kənd şuraları fəaliyyət göstərir.
İqtisadiyyat Sent-Lüsiyanın iqtisadiyyatı turizm, kənd təsərrüfatı və ofşor biznesi üzərində qurulubdur. 2010-cu ildə ölkədə 358 million kVt-saat elektrik enerji istehsal olunub. Sent-Lüsiya Karib reqionunun aparıcı banan istehsalçılarından biridir,kokos palması, manqo,şəkər qamışı, kakao, sitrus meyvələri becərilir.
Əhalisi Əhalisi 160,9 min nəfərdir. Etnik tərkibi: zəncilər 75,5 %, mulatlar 19 %, hindular 2,4%, digəriləri 3,1 %,(2010-cu ilin iyulunun qiym.). Dini katoliklər 67,5 %, adventistlər 8,5 %, pyatidesyatniklər 5,7 %, anqlikanlar 2 %, yevangelistlər 2 %, digər xristianlar 5,1 %, ateistlər 4,5 %
Rəsmi dil — ingilis dili, həmçinin yerli patua dili.
Ölkənin tanınmış adamı 1992-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış yerli şair və dramaturq Derek Uolkottdur. thumb|centre|600px|Paytaxt Kastri şəhərinin görünüşü.
İstinadlar
Xarici keçidlər
Saint Lucia: CIA World Fact Book Government of Saint Lucia Saint Lucia newspapers
Kateqoriya:Karib hövzəsi ölkələri Kateqoriya:Ada dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Vulkanik adalar Kateqoriya:1979-cu ildə yaranmış dövlətlər və ərazilər