Opera kabusu () — 2004-cü il Birləmiş Krallıq və ABŞ-nin birgə istehsalı olan musiqili, romantik, dram filmi. Coel Şumaxer tərəfindən ekranlaşdırılmış film Endryu Lloyd Vebberin 1986-cı ildə yazdığı eyniadlı müzikl əsasında çəkilib. Əsər fransız yazıçısı Qaston Lerunun eyniadlı novellası əsasında yazılmışdır.
Məzmun 1919-cu ildə xaraba qalmış Paris Opera Evində hərrac keçirilir. Hərraca əlil arabasına məhkum qalmış yaşlı Raul, Qraf de Şanyi fars geyimində zərb aləti çalan musiqili meymun oyuncağını alır. Hərrac zamanı o tanış simanı, gənc vaxtı tanış olduğu Madam Jirini görür. Madam Jiri indi daha yaşlıdır. Onların birgə diqqətini isə hərraca çıxarılmış 666 nömrəli lot cəlb edir; bu, yenidən bərpa olunmuş və elektrik naqilləri taxılmış nəhəng tavan şamdanıdır. Bu şamdanı hərrac işiləri yandırarkən ətraf yenidən köhnə illərə qayıdır, teatr öz əzəmətli və yaraşıqlı görkəminə qayıdır və 1870-ci ildə baş vermiş hadisələr yenidən canlanır.
Kabus roluna Con Travolta və Antonio Banderas namizəd idi. Antonio Banderas hətta vokal dərsləri də almışdı. Kristina roluna Kira Naytli, Şarlotta Çerç, Enn Heteuey namizəd idi. Keti Holms rola təsdiqlənsə də, rejissor Ketini rol üçün yaşlı sayıb. Layihə 1990-cı ildə hazırlanmışdı. Layihədə baş rolları Maykl Krouford və Sara Braytman oynamalı idilər. Amma layihənin başlamağına az vaxt qalmış Endrü Lloyd Veber Sara Braytmanla boşandığı üçün layihə "rəfə" qaldırıldı. Hindistanlı Şexar Kapur rejissor kürsüsünə namizədlərdən biri idi. 13 il ərzində layihədə adı qeyd edilənlərin çoxu dəyişdirildi. Yalnız rejissor Coel Şumaxer qaldı. Baş rol ifaçısı Cerard Batleri qrimləmək üçün hər gün 4 saat vaxt sərf edilib. Filmin son səhnəsinin çəkilişinə 1 həftə vaxt gedib. 2004-cü ilin aprelində Londonda eyniadlı əsər teatrda göstərilirdi. Çəkiliş qrupu aktyorlardan səhnəni tərk etməməyi, film üçün səs effektləri yazmağa kömək etməyi xahiş ediblər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiltərə filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin musiqili filmləri Kateqoriya:Opera haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:2005-ci ilin dram filmləri Kateqoriya:2004-cü ilin romantik dram filmləri Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Böyük Britaniyanın real olmayan hekayə filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:Müzikllərin film uyğunlaşdırmaları Kateqoriya:ABŞ-nin romantik dram filmləri