Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. right|thumb|JARVIK-7, süni ürək modeli right|thumb|Tədqiqat proyekti süni ürək, Vilhelm-Pik-Universiteti, Rostok Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər.

Sistem Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (), köçürülür. in götürücü borusu ürəyin zirvəsindən sol mədəciyə, ötürücü borusu isə qalxan aortaya () tikilir. implantasiya olunmuş bəzi xəstələrdə əldən düşmüş miokard öz qüvvəsini bərpa etmiş olur ki, onlara təzədən ürək köçürülməsinə belə ehtiyac qalmır.http://www.springerlink.com/content/cm8mmvf37gk4wdkq/fulltext.pdf

Buna baxmayaraq hələ də təbabət ideal və mükənməl süni ürək sorağında olaraq qalmaqdadır. Aqreqatın özünün və enerji mənbəyinin uzunömürlülüyünü daha təminatlı etmək, orqanizmin maddələr mübadiləsi zamanı hasil etdiyi bio enerjisini onun enerji təlabatına yönəldilməsi hələ də həllini tapmamış, aktual problem olaraq qalmaqdadır. Tatsächlich sind bei der Konstruktion eines geeigneten Implantates zahlreiche Schwierigkeiten zu überwinden. Unter anderem muss

Tarixcə İlk dəfə 2 dekabr 1982 ci ildə Robert Yarvikə mənsub modelli süni ürək Uat universitet klinikasında təqaudçu diş həkimi Barney Klark (21 yanvar 1921–23 mart 1983) üzərində ürək cərrahı Uilyam De Vries tərəfindən aparılan yeddi saatlıq əməliyyat zamanı köçürülmüşdür. Xəstə əməliyyatdan sonra 112 gün yaşadıqdan sonra çoxsaylı trombozlardan vəfat etmişdir.

Növbəti uğurlu süni ürək köçürülməsi 13 sentyabr 2001 ci ildə ABŞın Kentaki ştatında Luisvill Ceuiş xəstəxanasında 71 yaşlı xəstədə, cərrahlar Leyman Qrey və Robert Doulinq tərəfindən icra edilmişdir. Əməliyyatdan sonra xəstə 17 ay yaşaya bilmişdir.

Azərbaycanda isə ilk dəfə süni ürək əməliyyatı 2013-cü ildə Mərkəzi Klinikada Prof. Dr. Kamran Kazımoğlu Musayevin rəhbərlik etdiyi yerli mütəxəssislərimizdən ibarət komanda tərəfindən icra edilib. Əməliyyat zamanı 44 yaşlı Balakən sakini İbrahim Mənsurova ABŞ istehsalı olan “HeartMate 2” süni ürək cihazı implantasiya edilib.

Həmçinin bax Ürək Süni qan dövranı aparatı Eyzenmenger sindromu Kardiogen şok

Mənbə Bu məqalə ixtisarlarla :en:Artificial heart məqaləsindən götürülmüş alman versiyasından tərcümədir.

Barney Clark:

Xarici keçidlər

Alman Ürək Mərkəzi Berlin Alman Kardiotexnik Cəmiyyəti

İstinadlar

Kateqoriya:Kardiologiya Kateqoriya:İmplantatlar Kateqoriya:Tibbi avadanlıqlar Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Biotexnologiya Kateqoriya:Cərrahi alətlər Kateqoriya:Ömrün uzadılması Kateqoriya:Rusiya ixtiraları Kateqoriya:SSRİ ixtiraları Kateqoriya:Transplantologiya Kateqoriya:XX əsrin ixtiraları