Anna Andreyevna Axmatova (doğ. Qorenko, ilk həyat yoldaşından ;, ayrıldıqdan sonra Axmatova soyadını götürmüşdür, ikinci həyat yoldaşından , ayrıldıqdan sonra Axmatova ) — SSRİ şairəsi, yazıçı, ədəbiyyatşünas, ədəbi tənqidçi, tərcüməçi, XX əsrin ən məşhur SSRİ şairələrindən biri, rus poeziyasının gümüş əsrin şairəsi.

Həyatı Anna Andryevna Qorenko (Axmatova) 1889-cu ilin 11 (23) iyununda Odessa şəhəri yaxınlığında Böyük Fontanda dəniz mühəndis-mexanikinin ailəsində anadan olmuşdur. Özü haqqında yazmış olduğu ömür-gün tarixçəsində də məhz bu sözləri deyirdi:

Əsli Nəsil şərəcəsinə gəlincə, Anna Yeqorovna Motovilova (ərlik soyadı Stoqova, 1817-1863). Anna Axmatovanın ana tərəfdən nənəsi sayılır. Motovilovanın anası Proskovya Fedoseyevna isə Simbirsk şəhərinin zadəganlarından idi. Axmatovlar ailəsində gəzən söz-söhbətlərə görə, guya onlar 1481-ci ildə vəfat etmiş tatar xanı Axmatın nəslindəndir . Axmatovlar knyaz titulunu heç vaxt daşımayıblar. (bunu tarixi mənbələr təsdiq etmir)

Bir il sonra onların ailəsi həyatının ən gözəl anları yaşadığı Sarskoye Seloya köçür və Axmatova on altı yaşına kimi burada yaşayır. Hər il yayı Streles buxtasının sahilində Sevastopolda keçirən Anna dənizlə dostlaşır. Bu illərin ən böyek təəssüratları isə yaxınlığında yaşadıqları qədim Xersoneslə bağlıdır.

Erkən həyatı Oxumağı Lev Tostoyun əlifbasından öyrənən Anna, artıq 5 yaşında fransızca danışırdı. Bu, onun gələcək parlaq zəkasından və böyük istedadından xəbər verirdi.

Bədii yaradıcılığa çox erkən – on bir yaşından başlayan Axmatova rus şairlərinə münasibətində yazırdı:

Təhsili Axmatova təhsilini Sarskoye Seloo gimnaziyasında alıb. Özünün dediyinə görə, əvəllər çox pis oxuyub, sonra bir qədər düzəlib. Lakin həmişə həvəssiz yanaşıb.

1905-ci ildə valideynlərinin ayrılması nəticəsində Annanın anası uşaqlarını götürüb cənuba köçür. Bütün ili Yevpatoriyada yaşamalı olurlar. Sonralar həmin illəi təəsüf hissilə xatırlayan Axmatova yazırdı

Axırıncı sinfi Kiyevdə Fundukleyev gimnaziyasında başa vuran Axmatova 1907-ci ildə oranı bitirir və Kiyev Ali qadınlar kursunun hüquq fakültəsinə daxil olur. Hüquq tarixi və latın dilinin tədrisindən əvval razılıqlı danışan Anna, çox keçmir ki, burada tədris olunan hüquq fənnlərindən usanır.

Yaradıcılığı 1910-cu ilin iyununda Rayevin Ali tarix-ədəbiyyat kurslarında oxuyan Anna həm də ciddi yaradıcılıqla məşğul olur. Akmeizm «Akmeizm» ədəbi cərəyan kimi XX əsrin əvvəllərində meydana gəldi. Buna səbəb simvolizmin daxilində baş verən böhranlar idi. Akmeistlərin cəbhəsini dərnəyinin altı üzvü: N.S.Qumilyov (1886-1921), S.M.Qorodetski (1884-1967), A.A.Axmatova (1889-1966), O.E.Mandelştam (1891-1938), M.A.Zenkeviç (1886-1973) və V.İ.Narbut (1888-1944) təşkil edirdi. Sonra Axmatova özü bu barədə yazırdı:

Şəxsi həyatı 200px|thumb|right|Anna Axmatova həyat yoldaşı N.S. Qumilyov və oğlu Lev ilə birlikdə 1910-cu ildə Axmatova şair Nikolay Qumilyov ilə evlənirlər. Onların tanışlığına gəlincə, bu hadisə 1904-cü ildə baş vermişdir. O vaxt Anna gimnaziyanın 4-cü, Nikolay isə 7-ci sinifində oxuyurdu. Toydan sonra hər iki şair toya qədər bir-birilərinə yazdığı məktubları bir yerə toplayıb yandırmağı qərara alırlar. Axmatova öz ömür-gün dəftərçəsində belə xatırlayır:

İstinadlar

Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ-nin fərdi təqaüdçüləri Kateqoriya:Rus dilinə tərcümə edənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Leninqradın 250 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:"Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Leninqradın 250 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rusiya siyasətçiləri