thumb|right|200px|Süni qan dövranı aparatı. thumb|right|200px|Süni qan dövranı aparatı. Süni qan dövranı aparatı (SQDA) və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun bir qədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.
Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir.
Tarix Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916-cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934-cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944-cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937-ci ildə amerikalı Con Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953-cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi ilə qulaqcıqlararası çəpərin qüsuru olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954-cü ildə qanın soyudulması — hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955-ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956-cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.
Nəzarət/Qeydiyyat Klinik nöqteyi nəzərdən vacib parametrlər: Pasient göstəriciləri: EKQ Qan təzyiqi MVT Bədən temperaturu rektal/ezofoqal Sidiyin miqdarı Müxtəlif laborator göstəricilər
Süni qan dövranı aparatı: Oksigenator Baş nasos = arterial axın Sovurucu Kardioplegiya sistemi Kardiotomi rezervuar Qan filtri Arterial/venoz oksigenlə doyma Hemoqlobin, Hematokrit, pH-göstərici, Temperatur Low-Level-Detektor Kardiotomi rezervuarda qanın səviyyəsinə nəzarət Air-Bubble-Detektor Qana daxil ola biləcək hava qabarcıqlarının qaşısının alınması. Diverse System-Drücke Arterial/venoz qanın temperaturu Borular və birləşmə muftaları
Həmçinin bax Ürək Süni ürək Eyzenmenger sindromu Kardiogen şok Qan dövranı
Xarici keçidlər herz-lungen-maschine.de (alm.) Website der Akademie für Kardiotechnik am Deutschen Herzzentrum Berlin (alm.) Website der Deutschen Gesellschaft für Kardiotechnik (alm.) Website des European Board of Cardiovascular Perfusion (ing.) Erstmalig im Lufteinsatz: Die weltweit kleinste tragbare Herz-Lungen-Maschine bei innovations-report.de (alm.) Süni qan dövranı (rus.)
İstinadlar
Kateqoriya:Kardiologiya Kateqoriya:İmplantatlar Kateqoriya:Tibbi avadanlıqlar Kateqoriya:ABŞ ixtiraları Kateqoriya:Almaniya ixtiraları Kateqoriya:SSRİ ixtiraları