() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir.

Botaniki xarakteristikası Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.

Ekologiyası Dəniz səviyyəsindən 2000 metr hündürlükdə, günəşli ərazilərdə bitir. Qışda 40-500C şaxtaya dözür, havanın temperaturu müsbət 5-70C-də çiçəkləyir. Torpağın turşuluğuna davamlıdır.

Azərbaycanda yayılması Böyük, Kiçik Qafqaz və Naxçıvan MR-da təbii halda yayılmışdır.

İstifadəsi XVI əsrdən bəzək bitkisi kimi parklarda, bağlarda, canlı çəpərlərin salınmasında, meyvəsinin şirin dadına görə isə kulinariyada istifadə edilir. Ondan cem, mürəbbə, kampot, çaxır hazırlanır. Tərkibində C vitamini, kumarin, zəhərli maddələr, flavanol, gümüş, qurğuşun, kobalt vardır. Meyvəsindən yarımvitaminlər hazırlanır ki, bu da əsəb xəstəliklərində, yuxusuzluqda istifadə edilir. Qabığı və yarpaqları səhiyyədə istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Giləmeyvələr Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:1793-cü ildə təsvir edilən bitkilər