Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; — Azərbaycan-sovet şairi, qəzəlxanı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943).

Həyatı

thumb|left|100 illiyində buraxılan Azərbaycan poçt markası

Əliağa Vahid 17 fevral 1894-cü ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır. 280px|thumbnail|right|Əliağa Vahidin İçəri Şəhərdə yerləşən heykəli

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Repressiya

Əliağa Vahid içki içən deyildi ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır, ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

İrsi

Onun adına Bakıda bir məktəb, park, bağ (keçmiş Qubernator bağı), ədəbiyyat evi və küçə vardır. Vahidin 1990-cı ildə bürüncdən düzəldilmiş və saçlarında müxtəlif alleqorik fiqurların təsvir edildiyi böyük bir büstü İçərişəhərdə — eyniadlı metro stansiyasının arxasında yerləşən kiçik bağda yerləşdirilmişdir. Heykəl əvvəllər şəhər divarlarının cənub tərəfində yerləşən Azərbaycan Dövlət Filarmoniya bağında yerləşdirilmişdi. 2009-cu ildən isə heykəl hal-hazırda olan yerə köçürülmüşdür. 1991-ci ildə Azərbaycanfilm kinostudiyasında Vahidin həyat və yaradıcılığına həsr olunmuş "Qəzəlxan" adlı film çəkilmişdir.

Filmoqrafiya Yeni horizont (film, 1940) Qəzəlxan (film, 1991)

Həmçinin bax Əliağa Vahid bağı Əliağa Vahidin heykəli (Bakı, 1990)

İstinadlar

Mənbə

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:XIX əsr Azərbaycan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Bakı yazıçıları