və ya Nazikyarpaq buzbaş () — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki təsviri 60 sm hündürlüyündə, düyünlü, uzunsov, 1-2 sm ayaqcığa malik kökümsovlu, çoxillik ot bitkisidir. Gövdəsi düz, sadə, təkçiçəkli, çılpaq, yuxarıdan sıx yarpaqlıdır. Yarpaqları çılpaq, ikiqat, üçqat üçər və ya üçər-lələkvari, 1-2 mm enində, ensiz-xətvari paylara parçalanmışdır. Çiçəklər iri, 8-10 parlaq qırmızı və ya sarı-bənövşəyi rəngli olub, ləçəklərin diametri 8 sm-ə qədərdir. Erkəkcik saplaqları da bənövşəyidir. Meyvəsi 2-5 çoxtoxumlu geriyə əyilmiş, 2 (4) sm uz. qatlardan ibarət, sıx, qəhvəyi tüklüdür. Toxumları parlaq, tünd qonur rənglidir.Флора Азербайджана род: Paeonia L. / Обр.: Р. Рзазаде. – Баку: АН. Азерб. ССР. т. 4. – 1953. – с. 37-38.Punina, E.O. & Mordak, E.V. (2009). Synopsis of Caucasian species of the genus Paeonia (Paeoniaceae). Botanicheskii Zhurnal. Moscow & Leningrad 94: 1681-1696.
Yayılması Dünyada: Altay, Bolqarıstan, Rusiyanın şərqi və cənubi Avropa hissəsi, Krım, Şimali Qafqaz, Rumıniya, Cənubi Qafqaz, Yuqoslaviyada, Azərbaycanda: Kiçik Qafqaz şimalı, Kiçik Qafqaz cənubu (Zəngilan rayonu, Pirçevan kəndi), Naxçıvanın dağlıq (Qoşadərə) ərazilərində təbii olaraq rast gəlinir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvəverməsi aprel-may aylarında baş verir. Aşağı dağ qurşağından kolluqların arasında, bozqır çəmənlərində və qara torpaqlarda bitir. Mezofit, işıqsevən bitkidir.
Növün istifadə sahəsi Cəlbedici, sıx, parlaq, saçağa bənzər yarpaqları və canlı qırmızı çiçəklərinə görə geniş becərilir. Bağlarda, parklarda dekorativ bitki kimi istifadə olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1759-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Rusiya florası Kateqoriya:Qazaxıstan florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları