() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi və Mərkəzi Avropada, Türkiyə və Qafqazada rast gəlinir.
Botaniki xarakteristikası Hündürlüyü 1 m-dək olan çoxillik, budaqlı koldur. Bitkinin mil kökü torpaqda bir neçə metr dərinliyə qədər uzanır. Cavan zoğları yaşıl və ya açıq yaşıl rənglidir. Qocaldıqda qonurlaşır və boz rəngli olur. Gövdələri müxtəlif ölçülü və formalı iynələrlə örtülmüşdür. Yarpaqları növbəli, uzun saplaqlı, mürəkkəb, cüt olmayan lələkvaridir. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək, sadə, yarımcoxləçəkli və ya çoxləçəkli olur. Erkəkcikləri və dişicikləri çoxsaylıdır. Meyvəsi şarşəkilli və ya yumurtavaridir.
Ekologiyası Münbit, rütubətli torpaqlarda yaxşı bitir. İstiyə davamlıdır.
Azərbaycanda yayılması Böyük Qafqaz və Talışda (Lerik) təbii halda rast gəlinir.
İstifadəsi Təbabətdə ləçəklərindən alınan yağdan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları