Adolf Vilyam Buqro (; ) – akademist realistLinda Nochlin – Realism and tradition in art, 1848–1900: sources and documents, Prentice-Hall, 1966 fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri.Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996 Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir.Petra ten-Doesschate Chu – Nineteenth-century European art, Prentice Hall, 2006, səh 541 – 547 Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.

Həyatı

Ailə kökləri left|thumb|250px|Buqroların vətəni olan La Roşel şəhərinin liman tərəfdən görünüşü Bouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər.Frederic P Miller, Agnes F Vandome, John McBrewster – William-Adolphe Bouguereau, Alphascript Publishing, 2010 Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530-cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır.

30 noyabr 1825-ci ildə Vilyam Adolf Buqro Teodor Buqro və kalvinist Mari Marqaritta Bonninin ailəsində ikinci övlad kimi dünyaya göz açmışdır. Beş il keçdikdən sonra isə balaca Buqro Katolik kilsəsində xaç suyuna çəkilmişdir.

Ailə o zaman liman yaxınlığındakı De Dukda yaşayırdı. Ailə başçısı isə şərab istehsalı və satışı ilə məşğul olan kiçik müəssənin sahibi idi. 1828-ci illin əvvəllərində ailə De Dukdan Saint-Klaudiya ərazisinə köçdü və madam Buqro burada üçüncü övladını – adı Mari Adelin olan lakin daha çox Hanna kimi tanınan qızı dünyaya gətirdi.Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 26

1832-ci ildə Teodor Buqro şəhərin limanında biznes üçün əlverişli şəraitin olduğunu düşündüyündən ailə Re adasının mühüm yaşayış məntəqəsi olan Saint-Martinə köçdü. Burada Vilyam yerli məktəbə yazıldı və tezliklə sinif yoldaşları onun kitablardan olduğu kimi köçürdüyü şəkillərdən danışmağa başladılar.

Re şərablarının məşhur olmasına baxmayaraq Teodorun biznesi heç də uğurlu olmadı və bu ailə münasibətlərində gərgin, ağır və kədərli mühit formalaşdırdı. Sonsuz mübahisələrin maddi çətinliklərlə birləşməsi ailənin vəziyyətini daha da ağırlaşdırırdı. Bir müddət sonra ailənin maddi durum daha da pisləşdiyindən gənc cütlük uşaqlarını baxmaq üçün qohumlarının yanına göndərməyə məcbur oldu.

Həmin dövrdə balaca Vilyamı da saxlanılması üçün əmisi Yugenin yanına göndərirlər. İyirmi yeddi yaşı Yugen Buqro Todorun kiçik qardaşı idi. O, Mortagne sur Gironde kilsəsi tərəfindən Müqəddəs Etiyen kilsəsinə müalicə üçün göndərilmiş keşiş idi. Dayısının yanına gəldiyi gündən ömrünün sonuna kimi formal şəkildə olsa da Buqro Mortagne xeyriyyə fondunun himayəsində olmuş və sonrakı dövrdə ailəsindən ayrıldıqdan sonra itirdiklərini həmin fondda tapdığını yazmışdı.

Evliliyi right|thumb|180px|Madmozel Elizabet Ceyn Qardnerin Buqro tərəfindən 1879-cu ildə çəkilmiş portreti. Buqro iki dəfə ailə qurmuşdur. Onun birinci həyat yoldaşı La Roşeldən olan Nelli olmuşdur. Həyatnın böyük bir hissəsini Nelli ilə keçirən rəssam üçün bu xanım beş uşaq dünyaya gətirmiş, lakin onlardan dördü Buqronun sağlığında vəfat etmişdir.FroniaE. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 32 Nelli özü isə 1877-ci ildə xəstələnərək dünyasını dəyişir. Uzun sürən birinci evliliyindən sonra, 1878-ci ildə rəssam özündən 12 yaş kiçik olan Amerikalı tələbəsi Elizabet Qardnerlə evlənir. Rəssamın bu evlilikdən uşağı dünyaya gəlmir. Lakin yeganə qızı ilə münasibətləri pozulur. Qızı Henrianetta bu evliliyi anasının xatirəsinə hörmətsizlik kimi dəyərləndirir.

Elizabet Qardner ABŞ-nin Nyu-Hampshire şəhərindən idi. Lakin Buqro ilə o, rəssamın vətəni olan La Roşeldə evlənmişdi. ABŞ-yə geri dönüb karyerasını inkişaf etdirməkdənsə, o, 71 yaşı rəssamla evlənməyi üstün tutmuşdu. Lakin Parisdə də Qardner istedadlı rəssam kimi tanına bilmişdi. Evlilikdən sonra isə "gənc cütlük" bal ayını La Roşeldə keçirmişdi. Karyerasına o qədər də fikir verməyən Qardner həyatını sevdiyi ərinə həsr etmək istəyirdi. Getdiyi hər yerdə Buqronu müşayt edən Elizabet onun qayğısını çəkir və ona həvəslə yardım edirdi. Cütlüyün birliyi rəssamın ölümünə kimi davam etmişdir.Americans in Paris, 1860–1900, National Gallery, 2006

Ölümü 1899-cu ildə Buqronun hüquqşünas olan oğlu Pol orduda zabit kimi xidmət etməyə başlayır. Lakin tezliklə anası kimi tüberkulyoza tutulduğundan bu fəaliyyətini dayandırmalı olur. Həkimlərin məsləhəti ilə Pol fevral ayında atası və ögey anası ilə birgə Parisi tərk edərək Fransanın cənubunda yerləşən Mentona köçür və onlar mayın ortasına kimi orada qalırlar. Daha sonra Pol müalicə üçün Pauya gedir və 1900-cü ilə kimi orda qalır. Həmin il isə Parisdə atasının yanında dünyasını dəyişir.

Bu ailə faciəsi Buqroya çox pis təsir edir. Buqronun səhhətində dönüş yaranır. O vaxtını içki içərək və siqaret çəkərək keçirir. Bundan sonra qoca rəssamın sağlamlığında ciddi problemlər yaşanmağa başlayır. 1902-ci ildə ürəyində problemlər yaranan Buqroda arterioskleriozun ilk işarələri görünməyə başlayır. 1903-cü ildən etibarən Buqro artıq çox sevdiyi rəssamlıqla da məşğul ola bilmir və bu da ona bir zərbə olur.

Bundan sonra rəssam günbəgün zəifləməyə başlayır. 1905-ci ilin yazında isə rəssamn evi və studiyası talan edilir. Ölümün artq yaxınlaşdığını duyan qoca Buqro 31 iyul 1905-ci ildə sərin yay gecəsi Parisi tərk edərək doğma La Roşelə gəlir. Bir neçə gün sonra, 19 avqust günü ustad rəssam, böyük şəxsiyyət və sevimli həyat yoldaşı olan Vilyam Adolf Buqro doğulduğu şəhərdə ürəyindəki parokdan dünyasını dəyişir.Daniel Stuart Hodgson – William-Adolphe Bouguereau: a biographical and critical study, Florida State University, 1968 23 avqustda onun şərəfinə La Roşeldə ciddi və böyük vida mərasimi təşkil edilir. Növbəti gün Parisdə, ailəsi, dostları, kolleqaları və onu çox sevən tələbələrinin iştirakı ilə dəfn mərasimi baş tutur.

Təhsili

İlk təhsili right|thumb|200px|Gənc Vilyam Buqro (avtoportret) Əmisi Yugen gələcək rəssama atalıq etmiş, yol göstərəni olmuş, ən əsası isə Buqronu Latın və Fransız ədəbiyyatları ilə tanış edərək onda klassik incəsənətə maraq oyatmışdır ki, bu da sonra rəssamlığa gedən yolda onun əsas dayaqlarından biri olmuşdur. Əlbəttə ki, əmisi Buqronun dini təhsilinin yüksək səviyyədə olmasına da fikir verirdi. Buqro hər gün bir neçə saatının İncillərin və Müqəddəslərin həyatlarının oxunmasına sərf edirdi. Buqro eyni zamanda xəyal qurmağa da vaxt tapır, tez-tez meşəyə gedərək möhtəşəm flora və faunanın ətrafında otların üzərində uzanır, buludların keçməsini izləyir, ya da şəhərdə insanlara baxaraq onları öz modelləri kimi təsvir edirdi.

Bütün bunlar onun yaratdığı bütün əsərlərdəhədsiz təbiiliyin olmasının əsas səbəbidir. Yugen eyni zamanda gəc oğlana ovçuluq və balıqçılığı da öyrətmişdi. Onlar birlikdə atın belində gəzməyə çıxır, ov edir tarixi abidələri gəzirdilər.

1839-cu ildə Yugen öz qardaşı oğlunu daha yaxşı təhsil alması üçün dostunun rəhbərlik etdiyi Pons kollecinə göndərmək qərarına gəlir. Vilyam məktəbin şəraitinə tez uyğunlaşaraq burada özünü xeyli inkişaf etdirir.

Dini təhsilini davam etdirdiyi müddətdə Buqro eyni zamanda qədim tarixlə, yunan ə latın mifologiyası, eyni zamanda ədəbiyyatla maraqlanır, Longus, Ovid, Vergili və əlbəttə ki, ən çox sevdiyi şair, Pausaniusun əsərlərini oxuyur. Əmisinin yanında yaşadığı müddətdə Buqro dinlə ilə maraqlanırdı, lakin mifologiya, onun qəhrəmanları gənc oğlanı daha çox cəlb edir, öz sehrli aləminə aparırdı. Nəticədə iflər və əfsanələr onun yaradıcılığının əsas qaynaqlarından birini təşkil etmiş, qoca vaxtarında belə rəssama yaradıcılıq üçün ilham bəxş etmişdir.

Buqro ilk rəssamlıq təhsilini də əmisinin yanında yaşadığı zaman, Jan Ogüst Enqrın tələbəsi olmuş Luis Seycdən almağa başlamışdır. Seyc tələbələrinə yavaş-yavaş Enqrın qaydalarını öyrədərkən, etni zamanda hər nə qədər gözəl rəssam olsalar da dindən uzaqlaşmamaları üçün onlara xəbərdarlıq etmişdir. Buqro sonrakı həyatı boyunca daima bu məsləhətə əməl etmişdir. O inanırdı ki, çoxlu çalışaraq istədiyi kamilliyə yetişə və beynində canlandırdıqlarını bütün əlvanlığı ilə insanlara çatdıra bilər.

Bordo və rəssamlıq üzrə bələdiyyə məktəbi 1841-ci idə Teodor Buqro biznesində dəyişiklik edərək şərab istehsalını tərk etmiş və Bordoda çox inkişaf etmi zeytun yağı istehsalı işin qoşulmuşdur. Həmin ildə on yeddi yaşlı Buqro a istəksiz olsa da, ailəsinin yanına dönməyə məcbur olmuşdur. Teodorun oğlunun təhsilini yarımçıq dayandırıb Bordoya gətirməsinin səbəbi onun təhsili üçün pul çatışmazlığı yox, atasının artıq yetkin yaşa çatmış Vilyamın işləyərək ailənin saxlanmasına kömək edəcəyini düşünməsi idi. Beləcə gənc Vilyam atasının yanında mühasib olaraq çalışmağa başlamışdır.

Bir müddət sonra Bordoda bələdiyyə incəsənət məktəbinin fəaliyyət göstərdiyini öyrənn Buqro buradakı rəssamlıq kursların yazılmağı arzu etməyə başlayır. Lakin uzun müddət bu arzusunu gerçəkləşdirə bilmir, çünki bunun üçün əvvəlcə atasının razılığını almalı idi. Uzun mübahisələrdən və inaddan sonra, anasının və ailə dostlarının da cəhdləri nəticəsində nəhayət Teodor oğlunun həmin kurslara yazılmasına razılıq verir.

Böyük istedadı və bacarığı sayəsində Buqro kursdakı ən qabaqcıl və məşhur rəssamın – Jean-Paul Alauxun sinfində təhsil almaq hüququ qazanır. Başlanğıcda atasının yanındakı işi tamamilə tərk edənə kimi o yalnız səhər saat altı ilə səkkiz arasında olan səhər dərslərinə qatıla bilir. Lakin onun inkişafı o qədər sürətli baş verir ki, 1844-cü ildə "Ən yaxşı tarixi rəsm əsəri" nə görə mükafata layiq görülür və undan sonra bütün vaxtını rəssamlığa sərf etməyə başlayır.

Bu uğur onda incəsənət və mədəniyyət mərkəzi olan Parisə getmək və École des Beaux-Artsa daxil olmaq arzusu yaratdı. Lakin o, ilk öncə atasından evi tərk etmək üçün icazə almalı idi. Atası istəksiz də olsa qohumların məsləhətinə qulaq asaraq gənc rəssamın Parisə getməsinə icazə verdi və bundan sonra Buqro oraa yaşamaq və təhsil almaq üçün maddi dəstək axtarmağa başladı. Bu zaman onun ağlına həyata keçirilməsi böyük cəsarət tələb edən bir ideya gəldi. Belə ki, əmisi Yugenin yanına gedən Buqro üç ay onun yanında yaşadı və bu müddət ərzində Montagnedə sifarişlə zəngin adamların portretlərini çəkdi. Beləcə doqquz yüz frank toplaya bildi.

École des Beaux-Arts right|250px|thumb|Buqro 1850-ci ildə çəkdiyi "Zenobiya Araz çayının sahilində çobanlar tərəfindən tapılarkən" əsərinə görə "Grand Prix de Rome" mükafatına layiq görülüb. Parisə gəlməmişdən əvvəl, hələ La Roşeldə olarkən Buqro çox ciddi təklif almışdı. Belə ki, Alauxdan dövrün ən mühüm rəssamlarından biri Frensis Pikot ona tövsiyə məktubu göndərmişdi. Bundan sonra Korneilleyə yerləşən Buqro Pikotun studiyasında səhərdən axşama kimi qul kimi, istirahətsiz yuxusuz çalışır, bu böyük rəssamın iş texnikasını öyrəməyə çalışırdı.