() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 15-40 sm, gövdəsi kifayət qədər möhkəm, budaqlı, adətən tüklü olan çoxillik ot bitkisidir. Yalançı zoğları yumurtaşəkilli, dartılısivriləşmiş, kənarları kirpiklidir. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar isə qısa saplaqlıdır. Yarpaqcıqları iridir, yumurtaşəkilli formadan enli yumurtaşəkilli və elliptik formaya qədər dəyişəndir, uc hissədə küt və ya dayaz oyuqludur, alt tərəfdən adətən daha tüklüdür. Başcıqları 1-2 ədəd olub, qurtaracaqlıdır, dəyirmi yumurtaşəkilli və ya yumurtaşəkillidir, möhkəmdir, uzunluğu 2-3 (4) sm-dir, adətən əsasında təpə yarpaqları ilə əhatə olunmuşdur, oturaq və yaxud qismən uzun saplaqdadır. Çiçəkləri oturaq, çoxsaylı, uzunluğu 11–14 mm-dir. Tac açıq rəngdən, tünd-qırmızı, bəzən, bənövşəyi, nadir halda isə ağ rəngə qədər dəyişir. Paxlası yumurtaşəkilli, yuxarı hissəsi pərdəlidir, birtoxumludur. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər.

Yaşayış mühiti Çəmənlikdə, otlu yamaclarda, meşə kənarında, talalarda, meşələrdə, bağlarda, çaqıl daşlı yerlərdə, yarımsəhralarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Bütün növ mal-qara üçün yem əhəmiyyəti vardır, həmçinin tənəffüs orqanları xəstəliklərində dərman kimi istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Yem bitkiləri