() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir.

Botaniki təsviri Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir. Çiçək tacı borucuğunun uzunluğu 15-25 mm, eni 10-18 mm, rombvari-yumurtavaridir. Mart-aprel aylarında çiçəkləyir. Nazik budaqları əyilərək, torpağın üzərinə düşür və həmin hissədən kök atır. Toxum, yaşıl qələmlər və kolun bölünməsi yolu ilə çoxaldılır.

Ekologiyası Torpağa tələbkar deyil, quraqlığa davamlıdır, lakin Abşeron şəraitində isti yay günlərində suvarılmalıdır. Kölgəli və yarımkölgəli sahələrdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Böyük Qafqazda, Kür-Araz ovalığında, Cənub bölgəsində, Naxçıvanda, Abşeronda rast gəlinir.

İstifadəsi Alçaq və enli çəpərlərdə çox dekorativ görünür. Gözəl formalı yarpaqları və iri çiçəkləri bitkiyə xüsusi yaraşıq verir və buna görə də bəzək bağçılığında istifadəsi əlverişlidir.

Sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Afrika florası Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları