Məzmun Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır.
Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır.
Film haqqında Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Film aktyor Əliqulu Səmədovun kinoda ilk işidir.
Film Türkiyə yazıçısı Nazim Hikmətin eyniadlı əsərinin motivləri əsasında yaradılmışdır.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film 2-ci kateqoriyaya layiq görülmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov, Marqarita Maleyeva Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Rafiq Qəmbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Murad Kajlayev Rejissor: Ramiz Əliyev Operator: Nemət Rzayev Səs operatoru: Vladimir Savin Geyim rəssamı: Rafiz İsmayılov Qrim rəssamı: V.Arapov Montaj edən: Rəfiqə İbrahimova Stajçı-rejissor: Rauf Nağıyev Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Rejissor assistenti: Q.Səlimov, Nadir Əzməmmədov, Maarif Məhərrəmbəyli Montaj üzrə assistent: R.İsrafilova Rəssam assistenti: Y.Kirşner Operator assistenti: Aydın Mustafayev İşıq ustası: Nataliya Qudovskaya İnzibatçı: Aydın İmrani, S.Quliyev, Arif Səfərov Redaktor: Nadejda İsmayılova Mahnılaırn mətni: Nəbi Xəzri, İlya Reznik, M.Podberyozki Mahnıları ifa edən : Zeynəb Xanlarova, L.Serebrennikov, Larisa Dolina Dirijor: Murad Kajlayev Filmin direktoru: Gennadi Lapşuk
Rollarda Qriqore Qriqoriu — vəkil Əhməd İrina Miroşniçenko — Nihal Həsənağa Turabov — jurnalist Arif Əjdər İbrahimov — tacir Rəcəb İlham Namiq Kamal — Əbdürrəhman Tanilə Əhmərova — Aytən Şahmar Ələkbərov— Nuru Kamil Dadaşov — Məqsud Əbdül Mahmudov — Orxan Rafiq Kərimov — Xəlil Kamil Quliyev — Kamal Məmməd İsmayıl — Əziz Q.Səlimov — Səlim Ələsgər Məmmədoğlu — Xalid A.Quliyev — Əli Marqarita Maleyeva Hacıməmməd Qafqazlı Əhməd Əhmədov M.Əliyev N.Dəmirov V.Daşdəmirov L.Bayramov İ.Əbdürrəhmanov A.Əsədov Yusif Vəliyev Elxan Cəfərov — uşaq Tofiq Tağızadə — sərxoş Amaliya Pənahova — Fəridə Əfrasiyab Məmmədov — Filipp Əliqulu Səmədov Səyavuş Şəfiyev Süleyman Ələsgərov Elçin Məmmədov
Sponsor Mərkəzi Televiziya (Moskva)
Mənbə Tağızadə, Ş. “Qəribə adam” Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 147; 167. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 218; 220-226.
Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri