Françayzinq, kommersiya münasibətləri növü (, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir Котлер Ф. Маркетинг менеджмент. — СПб.: Питер, 2004. — С. 575. — ISBN 5-94723-311-8.: françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır; françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir; françayzer françayziyə biznesin təşkili sistemini verir.
Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır: Н.В.Soltanova, M.M.Ağakərimov,S.İ.Babazadə. «Mehmanxana təsərrüfatı» (dərs vəsaiti). Bakı, «Parni İz Baku» Nəşriyyat evi, 2005
Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək; Ödəmələrdən əlavə gəlir qazanmaq.
Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri:
Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır;
Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.
İstinadlar
Mənbə Top 500 franchise — всемирный рейтинг франчайзеров Европейская Федерация Франчайзинга
Kateqoriya:Biznes modelləri Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Müqavilə hüququ Kateqoriya:Brend idarəçiliyi Kateqoriya:Distribusiya Kateqoriya:Maliyyə menecmenti Kateqoriya:Müqavilələr Kateqoriya:Təsərrüfat subyektinin növləri Kateqoriya:Zavodlar Kateqoriya:Əqli mülkiyyət hüququ Kateqoriya:İctimai qidalanma Kateqoriya:Kommersiya Kateqoriya:Korporativ jarqon