Məzmun Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir. Gənc səyyahın ardınca valideynləri gəlir. Alikin ailəsində əmin-amanlıq yenidən hökm sürür.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rüfət Şabanov Quruluşçu operator: Nikolay Juravlyov Quruluşçu rəssam: Georgi Prokopets Bəstəkar: Leonid Vaynşteyn Mahnıların mətni: Aleksandr Vrataryov Rejissor: İ. Vetrov Operator: V. Ponomaryov, A. Çyornıy Səs operatoru: Q. Paraxnikov Montaj edən: T. Serdyuk Geyim rəssamı: V. Qorlan Qrim rəssamı: İ. Juravlyova Quraşdırılmış səhnələrin operatoru: V. Simonenko Quraşdırılmış səhnələrin rəssamı: M. Polunin İşıq ustası: M. Kaylik Rejissor assistenti: A. Boldırevski, Y. Şturko Rəssam assistenti: V. Rojkov İnzibatçı: A. Jukov, L. Zalesova, L. Lutsenko Dirijor: Fyodr Qluşşenko Redaktor: M. Mednikova Filmin direktoru: Pyotr Tarasov Kadrarxası mətn: Şahmar Ələkbərov
Rollarda Anar Tağızadə — Alik Nikolay Volkov — mühəndis Elmira Şabanova — Alikin anası Hacımurad Yegizarov — Alikin atası Yelena Zerkal — Anya Vladik Novikov — Styopa Sergey Kovlenko (Seryoja Kovlenko kimi) — Gena Dima Bukovçenko — Slavik Qalina Dolqozvyaqa — Anya və Styopanın anası Aleksandr Movçan — Sinkov İosif Nayduk — Kovalçuk Yuri Sarantsev — Kudryavıy Vladimir Tatosov — Semyon Valentin Qrudinin — Jora T. Antonova Boris Boldırevski Aqafya Bolotova Vladimir Volkov V. Mişakov R. Pirojenko Q. Romanyuk
Filmi səsləndirənlər Həsən Məmmədov — mühəndis (Nikolay Volkov) (titrlərdə yoxdur) Fəxrəddin Manafov — Semyon (Vladimir Tatosov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — rəis (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Kovalçuk (İosif Nayduk) (titrlərdə yoxdur) Leyla Bədirbəyli — Alikin anası (Elmira Şabanova) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Alikin atası (Hacımurad Yegizarov) (titrlərdə yoxdur)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Detektiv filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri