() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Təsviri Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var.

Yayılması Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.

Yaşayış yeri və həyat tərzi Qaya və yarğan olan dağətəyi bozqır sahələrdə yaşayır. Nəsil vermək üçün gəlir, qışda təsadüf edilməyib. Aprel ayında leşcil ağqartalın (Neophron percnoptericus) köhnə yuvasını zəbt etməsi müəyyən edilib. Həmin yuvada sonrakı bir neçə ildə yenə də leşcil qartal nəsil verib. Yuvasında 3-4 yumurta olur, iyulda balaları pərvazlanır. Əsas şikarı xırda quşlar, siçanabənzər gəmiricilər və sürünənlərdir. Şikarını havadan ovlayır və yerdən də götürə bilir.

Sayı və azalma səbəbi Azərbaycanda ilk dəfə 1949-cu ildə tapıldığı və sonralar cəmi 3 yerdə göründüyü üçün sayı haqqında məlumat yetərli deyil.

Məhdudlaşdırıcı amillər Texnosfer səs-küyünə və başqa antropogen faktorlara çox həssasdır.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması və satışı qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Yuva sahələrinin müəyyən edilib, təbiət abidəsi statusu ilə qorunması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, əhalini qorunmasına cəlb etmək.

Yarımnövləri F. b. abyssinicus F. b. biarmicus F. b. erlangeri F. b. feldeggii F. b. tanypterus

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:1825-ci ildə təsvir edilən quşlar