Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı.

Kökləri Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir.Алияров С. С. К ономастике "Книге Коркута" ("Канглы", "Балгар") "Azərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər". Bakı, 1988, səh. 13 – 18. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar.II kitab, 58-ci fəsil Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. Böyük Bulqar xanlığı Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Kubrat, Qara dənizin şimalında dağınıq yaşayan türk Utiqurlar, Kutriqurlar və Onogurlar qövmünü birləşdirmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar. Bulqarların parçalanması Kubrat xanın ölümündən sonra bulqarlar onun oğullarının başçılığı altında qonşu ərazilərə köçdülər. İdil bulqarları

Kubrat xanın oğlu Kotraq xanın başçılığı ilə Volqa sahillərinə köçmüşdülər. Ermənistan bulqarları

Kubrat xanın böyük oğlu Batbayan xanın başçılığı ilə köçmüşdülər. Ermənilər onu Vanand xan adı ilə tanıyırdı. Ermənistanda bulqarların yaşaması haqqında ilk məlumatı verən V əsr müəllifi Moisey Xorenlidir. O, yazır ki, bulqarların vətəni Böyük Qafqazdır və onlar baş vermiş iğtişaşdan sonra eradan əvvəl II əsrdə əvvəlcə Basiana (Araz çayının yuxarı axarında ölkə adı), oradan da Ermənistanın Kol əyalətinə gəlib məskunlaşmışlar.Moisey Xorenski, II kitab, 56 fəsil Bu mənbədən aydın olur ki, şimaldan bulqarların müəyyən hissəsinin Ermənistana köçməsi bir neçə mərhələdə baş vermişdir.Гейбуллаев Г. А. Топонимия Азербайджана, səh. 27. Çünki həmin müəllif yazır ki, Ermənistanın Tayk dağlarında (Gürcüstanla həmsərhəd dağlıq zonada) və Banəndə bulqar tayfası yaşayır.Moisey Xorenski, III kitab, 44-cü fəsil Çorox çayının sol sahilində indi də "Bulqar dağı" adlı toponim vardır.Kırzıoğlu M. Fəxrəddin. Göstərilən əsəri, səh. 329. "VII əsr erməni coğrafiyası" adlı əsərdə basillərin Volqanın Xəzərə töküldüyü 70 qolunun sahillərində yaşaması qeyd olunur.Армянская география VII века, səh. 35 Bulqarların çakar tayfasının adı Ermənistanda Çaxırlı azərbaycanlı kəndinin adında öz əksini tapmışdır. Çaxırlı adlı kəndlər Azərbaycanda da vardır və onların əslində Çakarlıdan təhrif olunması barəsində çoxdan yazılmışdır. Bulqarların kol (kul) tayfasının Ermənistanda yaşadığını göstərən faktlar çoxdur. Lakin iş orasındadır ki, eyni tayfa kəngər-peçeneqlərin tərkibində də olmuşdur. Ona görə də Ermənistanda kol etnonimi ilə bağlı qədim toponimlər haqqında aşağıda kəngər-peçeneqlərdən danışdıqda deyəcəyik. Çünki, bizcə, bu tayfa Ermənistan ərazisinə məhz kəngər-peçeneqlərin tərkibində gəlmişdir.Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh. Şimali Makedoniya bulqarları

Kubrat xanın ortancıl oğlu Kuber xan başçılığı ilə indiki Şimali Makedoniya ərazisinə köçmüşdülər. Dunay bulqarları

Kubrat xanın ortancıl oğlu Asparux xan başçılığı ilə indi Bolqarıstan ərazisinə köçmüşdülər. Birinci Bulqar dövlətini yaratmışdılar. İtaliya bulqarları

Kubrat xanın kiçik oğlu Altsek xanın başçılığı ilə Cənubi İtaliyaya köçmüşdülər. Mənbə

Həmçinin bax Atlı xalqlar Bolqarlar

Xarici keçidlər

Bulqarlar Bulqarlar haqqında ümumi məlumat Протоболгары — Rusiya ensiklopedik lüğəti Протоболгары — Большая. Совет. Энцикл. The Proto-Bulgarians north and west of the Black Sea, Varna, 1987 http://www.kroraina.com/ Велика България

Kateqoriya:Ural tarixi Kateqoriya:Türk xalqları Kateqoriya:Avropada yaşayan etnik qruplar