thumb|240px|Brazilia. Peykdən çəkilmiş şəkil. Brazilia () — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir.
Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi."Lucio Costa". Infobrasilia.com.br. 22 aprel 1960-cı ildə şəhər rəsmən Braziliyanın paytaxtı elan edildi.
Xarici keçidlər Brasília's Official Guide GigaPan Panoramic Photographs and Info About Brasilia Official Brasília site Photos 360° of Brasilia – GUIABSB About Brasilia
İstinadlar
Kateqoriya:Braziliya şəhərləri Kateqoriya:Oskar Nimeyerin əsərləri Kateqoriya:Cənubi Amerika dövlətlərinin paytaxtları Kateqoriya:Planlı paytaxtlar Kateqoriya:1960-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Hökumət