Əli Abdulqədiroviç Ansuxski () — xeyriyyəçi, bölgə ağsaqqalı, Azərbaycan SSR Ali Sovetinin (1990–1995) xalq deputatı, Kommunist Partiyasının üzvü və birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995–1996).
Həyatı Ansuxskinin Balakəndə və o cümlədən Azərbaycanın diğər bölgələrində, bölücü terror fəaliyyətlərini həyata keçirən Sadval terror təşkilatıyla bağlantısı olduğu ehtimal olunur. Ansuxskiyə bağlı Avar dəstələri, Balakəndə etnik Türklərə [muğallar] qarşı ayrımcılıq edirdilər. Hətta iki kəsim arasında silahlı münaqişələr olurdu. Azərbaycanın yenicə müstəqilliyini əldə etməsi, mərkəzi iktidarın bərpasında yaşanılan problemlər və daxildə və xaricdə baş verən krizdən Ansuxski və tayfası da faydalanmaq istəyirdi. Belə ki, Surət Hüseyinovla Ansuxski arasında da münasibət olduğu iddaları mövcuddur.
Ansuxski və ona bağlı Avar dəstələri, 1992-1993 illərdə AXCnin üzvü və 1992-ci ildə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Osman Gündüzü girov götürərək ayağından yaralamışdılar.
Ansuxski, yeni parlament tam tərkibdə yalnız bir neçə həftə işləyə bildi. 1996-cı il fevralın 26-da 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, Əli Ansuxski Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında, odlu silahla qətlə yetirilib. Bəzi mənbələr Ansuxskinin qətlinin, şəxsi biznes fəaliyyətinə bağlı olduğunu bildirilirdisə də; Ansuxskinin qətlində, separatçı fəaliyyətlərinin təsiri olduğunu deyə bilərik.
"Balakans MMC", Ansuxskiyə aiddi. Hal-hazırda oğlu, Abdulqədir Ansuxski tərəfindən idarə olunur.
İstinadlar 1. Cavadova, Z. Ə. Şimal-Qərbi Azərbaycan: Tarixi-Demoqrafik Araşdırma (az.). Bakı: Altay Nəşriyyat. 1999. 3–4, 6, 9.
2. ↑ ""Sadval" Azərbaycan əleyhinə aksiyalara hazırlığı gücləndirir". musavat.com (az.). İstifadə tarixi: 2024-05-01.
3. ↑ ""Sadval"ın rəhbəri öldürülüb". Voice of America (az.). 2016-03-21. İstifadə tarixi: 2024-05-01.
4. ↑ "AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA - Modern.Az Azərbaycan və dünya xəbərləri". web.archive.org. 2021-10-22. İstifadə tarixi: 2024-05-01.
Kateqoriya:Azərbaycan avarları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanda qətlə yetirilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Qətl qurbanları