Çarlz Lionel Denstervil () — Britaniyalı hərbçi general-mayor.

Hərbi karyeranın başlanğıcı Lionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur.

Birinci Dünya müharibəsi Birinci Dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana, İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu. 1918-ci ildə baş verən Bakı uğrunda döyüş zamanı "Densterfors" birləşmiş Türklər və Azərbaycanlılardan ibarət olan Qafqaz İslam ordusuna məğlub olur və sağ qalanlarla Bakını tərk edərəck İrana keçir.

1918-ci ildə Çarlz Lionel Denstervilə general-mayor rütbəsi verilir.

İstinadlar

Mənbələr L. C. Dunsterville. The adventures of Dunsterforce. London: Edward Arnold, 1920, XI+323 p. L. C. Dunsterville. Dunsterforce gizli ordu: Bakü'de İngiliz-Ermeni işgali (İngiliz generali L. C. Dunsterville'in Türk-İslam Kafkas Ordusu'na karşı Bakü direnişi). Çeviri: Cengiz İ. Çay; Seri: T&K yayınları no: 13. İstanbul: T&K yayınları, 2016, 295 s. ISBN 9786059833325

Xarici keçidlər Çarlz Denstervilin gündəliyi 1911–1922

Kateqoriya:Lionel Denstervil Kateqoriya:Birləşmiş Krallıq hərbçiləri Kateqoriya:Torkidə vəfat edənlər