Məzmun Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir.
İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək.
Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da.
Film haqqında
Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər (titrlərdəki sıraya görə)
Filmin direktoru: Sahib Quluzadə Məsləhətçi: İdris Əsgərov (hüquq məsləhətçisi) Çalır: SSRİ Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Dirijor: Konstantin Krimets Redaktor: Aliyə Əliyeva İnzibatçı: İ. Həsənov, İ. İsgəndərov, P. Soltanov Geyim üzrə assistent: X. Əminağayeva Montaj üzrə assistent: Tamilla Muxtarova Rejissor assistenti: Y. Əhmədov Operator assistenti: Adil Abbas Rəssam assistenti: İ. Əliyev Quraşdırılmış səhnələrin operatoru: Mixail Pokrovski Quraşdırılmış səhnələrin rəssamı: Vladimir Solovyov Montaj edən: Esmira İsmayılova Qrim rəssamı: Berta Roqova Səs operatoru: Akif Nuriyev Rejissor: Adil İsmayılov (III) Bəstəkar: Leonid Vaynşteyn Quruluşçu rəssam: Fikrət Ələkbərov Quruluşçu operator: Eduard Qalakçiyev Ssenari müəllifi: Maqsud İbrahimbəyov, Məmməd Məmmədov Quruluşçu rejissor: Cahangir Mehdiyev Rollarda Həsənağa Turabov — Rauf Əjdər Həmidov — Əsgərov Məlik Dadaşov — Arif Məmməd Əlili — Ağarəfi Nataliya Lapina — Kama Cahangir Aslanoğlu — qayınata Leyla Bədirbəyli — qayınana Laləzar Mustafayeva — Xalidə Mariya Kapnist — Nadirova Aleksandr Şarovski — rəis Lətifə Əliyeva — Aliyə Nizami İsmayılov — prokuror Rəhman Rəhmanov — Almazov N. Həsənov M. Məmmədov Y. Əhmədov Sahib Quluzadə Məleykə Əsədova — katibə Əhməd Əhmədov — Pirşağılı Rafiq Rəhimov M. Abdullayev
Filmi səsləndirənlər Sadıq Hüseynov — Qaynata (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Yaşar Nuri — Arif (Məlik Dadaşov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Əsgərov (Əjdər Həmidov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Aliyə (Lətifə Əliyeva) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Xalidə (Laləzar Mustafayeva) (titrlərdə yoxdur)
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:1988-ci ilin filmləri Kateqoriya:Azərbaycan SSR filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri