777 №-li iş filmi rejissor Ceyhun Mirzəyev tərəfindən 1992-ci ildə ekranlaşdırılmışdır. Film "Mozalan" studiyasında istehsal edilmişdir. Satirik-yumoristik filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır. Filmdə əsas rolları Səyavuş Aslan, Yaşar Nuri, Ramiz Əzizbəyli, Eldəniz Zeynalov, İlham Namiq Kamal, Muxtar Maniyev və Rasim Balayev ifa edirlər.
Məzmun Bu, "Mozalan" satirik kinojurnalında çəkilmiş bir sıra maraqlı süjetlərdən istifadə olunaraq lentə alınan tammetrajlı bədii səpkili filmdir. Filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.163.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Eldəniz Quliyev Rejissor: Ceyhun Mirzəyev Operator: Vaqif Muradov Rəssam: Fikrət Ələkbərov
Rollarda Səyavuş Aslan Yaşar Nuri Ramiz Əzizbəyli Eldəniz Zeynalov İlham Namiq Kamal Muxtar Maniyev Rasim Balayev — Hakim Zemfira Sadıqova — Hakim
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 263-266.
Həmçinin bax
Xarici keçidlər
Filmi izlə
Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:1992-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər