Ağtala (; ), həmçinin Pğindzavəng (; mənası – Mis mədəni monastırı) — Ermənistanın Loru mərzində, Allahverdi (19 sentyabr 1969-cu ildən Tumanyan) rayonu ərazisində, Ağtala dəmiryol stansiyasından 2,5–3 km aralıda yerləşən erməni-gürcü monastırı və qalası.Киракос Гандзакеци. История Армении, гл. 17 :Умер и Иванэ, брат Закарэ, и был похоронен в Пхиндзаанке, у входа в построенную им самим церковь; он отнял ее у армян и превратил в грузинский монастырь. Abidə ilkin quruluşunu saxlayaraq indiki dövrə çatmışdır. Ağtala qalası Şəddadilərin və Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla "ağ" və "tala" sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi tarixən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri, yunanlar və gürcülər yaşamışdır. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişdir.Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, 1995, səh 309

Ağtala qalası

1887–1889-cu illərdə məbəd və qala ərazisində arxeoloji tədqiqatlar aparmış fransız arxeoloq Jak de Morqan ərazidə 576 ədəd düzbucaqlı formalı məzar daşı qeydə almışdır. Qazıntılar zamanı mədəni təbəqələrdən e.ə. VIII əsrdən – tunc və dəmir dövründən başlayaraq sonrakı dövrləri də əhatə edən külli miqdarda arxeoloji material əldə edilmişdir. Kompleksin yerləşdiyi ərazi V əsrdən etibarən mənbələrdə Əgərək kimi tanınmağa başlamışdır. Kompleks X əsrdə Baqaratilər sülaləsindən olan Kürük tərəfindən inşa edilmişdir. Kürük yəhudi mənşəliC. Toumanoff, Studies in Christian Caucasian Historyסיריל טואמנוף (1963), מחקרים על ההיסטוריה הקווקזיתרונלד גריגור סאני (1994), יצירת האומה הגאורגית, ISBN 0253209153סטפן ראפ (2003), מחקרים על ההיסטוריוגרפיה של גאורגיה בימי הביניים: טקסטים מוקדמים והקשרים איראסיתיים, ISBN 9042913185 Baqratilər sülaləsindən olan hökmdar III Aşot və Xosrovşah xanımın oğlu olmuşdur. Kürükün qardaşları III Smbat və I Qaqik Baqratuni isə Baqratlılar sülaləsinin ən güclü hökmdarlarından olmuşdur. Erməni alimlərinin səyləri nəticəsində yəhudi mənşəli Baqratilər sülaləsinin qurduğu dövlət səbəbsiz yerə (hökmdar sülalənin yəhudi mənşəli olmasıyla bərabər, sülaləyə tabe olan ərazidə türk xalqları üstünlük təşkil edirdilər.) erməni dövləti kimi qeyd edilməkdədir.

Ağtala kompleksinin yerləşdiyi ərazinin əhalisi sak-skif tayfalarının ərazidə məskunlaşmasından sonrakı dövrdə davamlı olaraq türklər olmuşlar. Qafqaz Albaniyasının mövcud olduğu dövrdə ərazi Quqark vilayəti kimi Gürcüstanın tərkibində olmuşdur.ჯავახიშვილი ივ., ქართველი ერის ისტორიის შესავალი, წგნ. 1 — საქართველოს, კავკასიისა და მახლობელი აღმოსავლეთის ისტორიულ-ეთნოლოგიური პრობლემები, თბ., 1950 Ərəblərin bölgəni fəth etməsindən sonra dağlıq ərazidə yerləşən əhalinin çox az bir qismi islamı qəbul etmiş, qalan əhali isə xristian inancını saxlamışdır. Ərazi 889–942-ci illərdə Sacilər dövlətinin, 942–981-ci illərdə isə Salarilər dövlətinin hakimiyyəti altında olmuşdur. 981-ci ildə Salarilərin hakimiyyətinin sona yetməsi ilə bütün Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Arazdan cənubdakı Azərbaycan ərazilərinin bir hissəsində Rəvvadilər sülaləsi hakimiyyətə gəlmiş, Arazdan şimaldakı hissələrdə isə Şəddadilər sülaləsi möhkəmlənməyə başlamışdır. Şəddadilərin hakimiyyətinin hələ zəif olduğu və yalnız Dəbil şəhəri ilə məhdudlaşdığı dövrdə fürsətdən istifadə edən Baqrati hakimi III Aşot (o, Azərbaycandan qərbdə Ani və onun ətrafındakı ərazilərin hakimi idi) oğlu Kürükü Loru mahalı ərazisinə hakim təyin etmişdi. Buna baxmayaraq, tezliklə ərazi Şəddadilərə tabe edilmiş, Kürüklə birgə əraziyə gəlmiş Baqrati nümayəndələri hamısı ərazini tərk edərək Aniyə dönmüşdür. Kürük isə hələ bir müddət hakimlikdə saxlanmışdır, lakin tezliklə səlcuqlular qalanı fəth etmiş və bölgədə birmənal olaraq stabillik bərpa olunmuşdur.

Qala üç tərəfi dərin dərə ilə əhatə olunmuş və təbii şəkildə mükəmməl müdafiə sisteminə malik olan yüksək qayalıq ərazidə inşa edilmişdir və bu baxımdan Gədəbəydəki Namərdqala ilə oxşaqlıq təşkil edir.C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 155 – 157 Qalanın təbii cəhətdən zəif hissələri möhkəm qala divarları və bürclərlə möhkəmləndirilmişdir. Qalanın divar və bürcləri mavi bazalt daşından inşa olunmuşdur. thumb|320px|right|Zaxari Mxraqdzelinin rəhbərliyi ilə gürcü qoşunlarının Azərbaycana yürüşü.AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Tarixi Atlası, Bakı, 2006, səh 21 (Gürcü qoşunlarının hərəkət istiqaməti yaşıl rəngli oxlarla göstərilmişdir) Qala XII əsrdə gürcü sərkərdəsi Zaxari Mxraqdzeli tərəfindən fəth olunmuşdur. XIII əsr alban tarixçisi Kirakos Gəncəli və erməni tarixçisi Vardan Areveltsi ərazidə zəngin yataqların olması haqqında məlumat vermişlər. Kirakos Gəncəli bu haqqda yazır: "Zaxarinin qardaşı İvane də həmin ildə öldü və Paqnadzanakda, ərazini fəth etdikdən sonra özünün inşa etdirdiyi kilsənin yaxınlığında dəfn edildi". Azərbaycana 1220-ci ildən başlayan monqol yürüşlərinə kimi Zaxarilər sülaləsinin nümayəndələri bölgədə hakim oldular. Məhz bu səbəbdən də Ağtala qalası daxilindəki dini tikililərdə gürcü və provaslav memarlığı elementləri özünü büruzə verməkdədir.

Qala 1180-ci ildən İvane Zaxaryanın idarəsi altında olmuşdur. Həmin dövrdə İvanenin qardaşı Zəkəriyyə qriqoryanlığı qəbul etsə də (Ərəb xilafətinin Alban Həvari kilsəsini Erməni Qriqoryan kilsəsinə tabe etməsindənИстория Агван, стр. 239-241 sonra bölgədə qriqoryanlıq da yayılmışdı), İvane qədim dövrlərdən gürcülərin sadiq olduqları pravoslavlıqda qalmışdır. Məhz İvanenin hakimiyyəti dövründə Qərbi Azərbaycan və Borçalı mahalı ərazisindəki bir çox qədim xristian türk məbədləri gürcülər tərəfindən də ziyarət edilməyə başlanmışdır. Bölgədəki xristian türklər də əsasən pravoslav olduqlarından həmin məbədlərdə əsaslı dəyişikliklər aparılmamış və məbədlər tarixi memarlıq quruluşlarını əsasən qorumuşlar. Hökmdar İvane Zaxaryan həmin dövrdə əsasən Qarabağ, Naxçıvan, Gəncə–Qazax və Göyçə gölü ətrafı Azərbaycan ərazilərinin xristian əhalisi arasında yayılmış və Alban Həvari Kilsəsinin də müəyyən qədər meyil etdiyiKatolikos Drasxanakertli İohannes – "История Армении", səh. 78 (Erməni Qriqoryan Kilsəsinin katolikosu İlya Xəlifəyə məhz albanların xalkidonçuluğa maraq göstərməsini bəhanə gətirərək Bizansa meyil etməsi haqqında xəbər çatdırmışdı) xalkidonçuluğa maraq göstərməyə başlamışdır. XIII əsrin əvvəllərindən (daha dəqiqi monqolların Azərbaycana birinci yürüşü dövründən) başlayaraq Zaxarilər bölgədəki hakimliklərini itirdilər. İvane Zaxarinin oğlu Avak Zaxari Azərbaycana gəlmiş monqol qoşununun rəhbəri Çormoğon Noyandan asılı vəziyyətə düşdü. Daha sonra qala bir-birinin ardınca Azərbaycan türk sülalələrinin hakimiyyəti altında olmuşdur. Bölgədə Hülakülərin, Qaraqoyunluların hakimiyyəti iki əsrə yaxın davam etmişdir. Əmir Teymurun Azərbaycan yürüşü zamanı qalanın yerləşdiyi ərazilər də işğal olunmuşdur. Ağtaladakı məşhur qayalardan biri də bu türk fatehinin adı ilə Teymurləng qayası kimi tanınmışdır.

XVIII əsrdən başlayaraq kompleks yunanlara xidmət etməyə başlamışdır. Səfəvilərin bəzi əraziləri Osmanlılar tərəfindən işğal edildiyi dövrdə yunan ailələri Anadolunun Gümüşxanə bölgəsindən gümüş və qızıl mədənlərində çalışmaları üçün 1763-cü ildə Ağtala kəndinə köçürülmüşdür. Yunanlar kompleksi "Meramani" adlandırmışlar. Monastır divarlarında yunanlardan qalma bir neçə kitabə də mövcuddur. Kompleksdə yerləşən monastrın əsas ziyarət günləri 20–21 sentyabr tarixləridir. Bu gün də həmin tarixdə yunanlar, gürcülər və ermənilər monastırı ziyarət etməkdədirlər. Yunanıstanın Ermənistandakı səfiri Panayota Mavromiçali də 20 sentyabr 2006-cı il tarixində monastırı ziyarət edənlər arasında olmuşdur.

Müqəddəs Bakirə kilsəsi left|180px|thumb|Müqəddəs Bakirə kilsəsinin altarı Monastır kompleksinin əsas dini tikilisi Müqəddəs Bakirə kilsəsidir. Kilsəsnin dəqiq inşa olunma tarixi naməlumdur. Kompleksin əsasən XI–XIII əsrlərdə formalaşması bilinsə də, Müqəddəs Bakirə kilsəsinin əsasının daha əvvəl qoyulması güman edilir. Kirakos Gəncəli qeyd edir ki, İvane Zaxaryan 1227-ci ildə bu kilsədə dəfn edilmişdir. Orta əsr tarixçisi Stepanos Orbelyan isə bu tarixi 1246-cı il il olaraq qeyd etmişdir. Məbədi tədqiq etmiş tədqiqatçılar onun interyerini bəzəyən divar rəsmlərinin 1205–1216-cı illərdə çəkildiyini qeyd edirlər. Ağtala yaxınlığındakı Ayur adlı yerdə xatirə daşının üstündə Kürükün qızı şahzadə Məryəmin adından 1188-ci ildə yazılmış kitabə tapılmışdır. Kitabədə qeyd olunur: "Mən, hökmdar Kürükün qızı, şahzadə Məryəm mədən yerində insanların bizi xatırlamayaraq şərəfləndirmələri və dua etmələri üçün Müqəddəs Bakirə kilsəsini inşa etdirdim." 1185-ci ildə isə Şahzadə Məryəm Haqapat monastırının əsas kilsə binası üçün narteks inşa etdirmişdir. Bəzi qeyri-dəqiq məlumatlara görə isə məbədin əsası Bizans imperatoru I İraklinin Şərq yürüşü zamanı qoyulmuşdur. Digər bir mənbədə isə monastırın əsasının Gürcüstan kralı I Vaxtanq Qorqasalı tərəfindən qoyulması bildirilir.

Kilsə binası xaçvari plan əsasında inşa edilmişdir. Xristian inancına əsasən bu cür planlı kilsələr Müqəddəs Vəftizçi İohannın İsa Məsihi xaç suyuna çəkməsi şərəfinə inşa edilirdi. Müqəddəs xaçın bir hissəsi İvane Zaxariyə verilmiş, o isə sonrakı dövrdə həmin müqəddəs əmanəti baha qiymətə Sünikdəki Yenivəng alban monastırına satmışdır.

Məbəd qala ərazisinin təxminən ortasında, nəhəng sıldırım qalanın kənarında yerləşir. Məbəd binası qübbəli bazilika formasında olub, yan tərəfdən böyründəki kiçik kilsənin (şapelin) apsisinə birləşmişdir. İki cüt arka məbədin ibadət zalını üç nefə bölür. Ortadakı nefin şərq qurtaracağında isə yarımdairəvi formalı apsis yerləşir. Məbədin interyeri zəngin divar rəsmləri ilə bəzədilmişdir. Onlar xüsusi ikonaqrafik stili, mövzularının zənginliyi və rəng çalarları (mavi rəngin dominantlığı nəzərə alınmaqla) ilə xarakterizə edilir.

Binanın dik görünüşlü quruluşu böyük qübbə ilə tamamlanmışdır, lakin qübbə sonralar dağılmış və dövrümüzə çatmamışdır. Əmir Teymurun yürüşü zamanı ciddi zədələnən qübbə, 1784-cü ildə avar xaçı Ömər xanın Cənubi Qafqaza yürüşü zamanı tamamilə dağılaraq məhv olmuşdur. XIX yüzildə Qafqaz canişini Mixail Vorontsov dağılmış qübbənin yerinə taxta və dəmir lövhələrdən yarım-sferik qübbə inşa etdirmişdir. SSRİ dövründə məbədə yenidən daşdan qübbə inşa edilmişdir.

Divar rəsmləri

Müqəddəs Bakirə kilsəsinin divar rəsmləri həmin dövrdə provaslavlığın əsas mərkəzi olan Bizansın sərhədlərindən kənarda yaradılmış ən yaxşı pravoslav ikonaqrafik təsvirlərdən biridir. Təsvirlərin bəzilərinin kənarında yunan dilində yazılar vardır. Divar rəsmləri əsasən İvane Zaxarinin hakimiyyəti dövründə – 1205–1216-cı illərdə işlənmişdir. Divar rəsmlərinin ümumi rəng sistemi tipik Bizans-ortodoks sisteminə uyğun olsa da tematik həll edilmə üslubu daha çox gürcü rəngkarlıq sənətinə xas xüsusiyyətləri daşımaqdadır.