Asparux xan () — Birinci Bulqar dövlətinin qurucusu, Kubrat xanın ortancıl oğlu.

İlk illəri Bulqar xanları nominaliyasına görə Asparux Dulo sülaləsinə mənsub olub 61 il hökmdarlıq etmişdir. Asparux atasının ölümündən sonra 50.000 bulqar əsgəri ilə indiki Bolqarıstana girmişdir və Dunay deltasında məskunlaşmışdır.Ал. Бурмов, Създаване на Българската дъжава с. 132. 680-ci ildə Onqal döyüşündə Bizans imperatoru IV Konstantini məğlub edən Asparux ölkənin içlərinə doğru irəliləməyə başlamışdı.

Hakimiyyəti Asparuxun qələbəsi ona dövlət qurmağa imkan verdi. Müasir Bolqarıstan ərazisində Yeddi slavyan tayfası ilə müttəfiq olan xan 681-ci ildə imperator tərəfindən müstəqil hökmdar olaraq tanındı. Onun dövründə Pliska və Silistra şəhərləri salınmışdı. 701-ci ildə vəfat etmişdir.

Mediada Asparux xan haqqında 1981-ci ildə Aszparuh trilogiyası çəkilmişdir. Asparux rolunu Stoyko Peyev ifa etmişdir.

İstinadlar

Kateqoriya:Hökmdarlar Kateqoriya:Bolqarıstan tarixi