Qaraxitaylar dövləti (Çincə: 西遼 pinyin: xī liáo; mənası: Qərbi Liao, 黑契丹 hēi qìdān; mənası Qara Kitan, Monqolca: Хар Хятад; Kara Kitad, Farsca: قرا ختاى Qarā Khitā'ī; 1125–1211), Orta Asiyada Kidanlar tərəfindən qurulan Monqol/Türk dövləti. Paytaxtı Balasaqun idi. left|thumb|251x251px|Bir Qarakitay təbəəsi — Vanq Ki-nin San Çay Tu Huy kitabından bir rəsm

Tarixi 1125-ci ildə Cürçenlərin qurduğu Cin sülaləsi tərəfindən dağıdılan Liao sülaləsinin son üzvü Yelü Daşi tərəfindən qurulmuşdur. O 1087-ci ildə doğulmuşdu və sülalənin daha az önəmli olan bir qolundan gəlirdi.

1132-ci ildə Balasaqun hakimi Qaraxani sülaləsindən II İbrahimə köməyə gedən Yelü Daşi Balasaqunu işğal edərək Qaraxaniləri Qaşqar şəhərinə qovdu.Ona Qaraxani ordusunda xidmət edən 16.000 kidan əsgəri də qoşuldu. Məhz həmin il Yelü özünə Gurxan titulunu götürdü. Həyat yoldaşı Çonqde isə imperatriça elan olundu. Ölümündən sonra digər həyat yoldaşı Tabuyan taxtı ələ keçirərək özünü imperatriça elan etmişdi.

İlk dəfə Qara Kitaylar dövründə əsgərlərə maaş verilməsi prosesi başlamışdı. Qarakitaylar artıq Mərkəzi Asiyaya köçsə belə Çin adətlərini saxlayırdılar. İmperiyada əsas dil Kidan dili və Çin dili olmağına baxmayaraq Fars və Uyğur dilləri də istifadə olunurdu.Biran, Michal (2005). The Empire of the Qara Khitai in Eurasian History: Between China and the Islamic World. Cambridge Studies in Islamic Civilization

İmperiyada əsas imperator sülaləsi Yelü sülaləsi olduğu kimi, əsas xatunlar da Hsiao sülaləsindən çıxırdı.Hsiao Tabuyan 1144-cü ildə özünü imperatriça elan etmişdi. İmperiya vətəndaş müharibəsindən yorğun düşdüyü üçün asanlıqla Kuçluq xanın əlinə keçdi və daha sonra da Çingiz xan tərəfinən işğal olundu.Yelü sülaləsindən Büraq Hacib daha sonra Kirmana köçərək burada öz dövlətini qurdu.

İmperatorları

Məbəd adı Ölümündən sonrakı ad Çincə soyadı və adı Hakimiyyəti Era adı Deçonq (德宗 Dézōng) Tianyouwuliedi (天祐武烈帝 Tiānyòuwǔlièdì) Yelü Daşi 1124–1144 Yankin (延慶 Yánqìng) 1124 və 1125–1134Kanqquo (康國 Kāngguó) 1134–1144 Yoxdur Qantianhu (感天后 Gǎntiānhòu) Tabuyan (塔不煙 Tǎbùyān) 1144–1150 Hsiankin (咸清 Xiánqīng) 1144–1150 Rençonq (仁宗 Rénzōng) İstifadə olunmayıb Yelü Yili (耶律夷列 Yēlǜ Yíliè) 1150–1164 Şaosinq (紹興 Shàoxīng) 1150–1164 Yoxdur Çenqtianhu (承天后 Chéngtiānhòu) Yelü Pusuan (耶律普速完 Yēlǜ Pǔsùwán) 1164–1178 Çonqu (崇福 Chóngfú) 1164–1178 Yoxdur Moçu (末主 Mòzhǔ) ya da Modi (末帝 Mòdì) Yelü Çiluqu (耶律直魯古 Yēlǜ Zhílǔgǔ) 1178–1211 Tianhsi (天禧 Tiānxī) 1178–1211 Yoxdur Yoxdur Küçlük (屈出律 Qūchūlǜ) 1211–1218 Yoxdur

Həmçinin bax Kirman Qaraxitaylar dövləti Xitaylar Kereitlər Naymanlar

İstinadlar

Kateqoriya:Tarixi dövlətlər Kateqoriya:1125-ci ildə yarananlar Kateqoriya:Monqol dövlətləri Kateqoriya:Xitaylar Kateqoriya:Asiya tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İslam tarixi Kateqoriya:Xanlıqlar Kateqoriya:XII əsrdə Çin Kateqoriya:XIII əsrdə Çin Kateqoriya:XIII əsrdə Asiya Kateqoriya:XII əsrdə Asiya