Sürməli qəzası (rusca:Сурмалинский уезд) Rusiya İmperiyasının Qafqaz canişinliyinin İrəvan quberniyasının vahidi olan qəza. Qəza şimaldan İrəvan və Üçmüəzzin qəzaları, qərbdən Qars oblastı, şərqdən Qacar imperiyası, cənubdan Osmanlı imperiyası ilə həmsərhəd idi. Qəzanın ərazisi əsasən Türkiyə Respublikasının İğdır vilayətinin ərazisi ilə üst-üstə düşməkdədir. Qəza Rusiya imperiyası dövründə özünün zəngin duz yataqları ilə məşhur idi. Qəzanın inzibati mərkəzi İğdır şəhəri olmuşdur. Etimologiya Bölgə adı Sürməli halına bölgəə XVI-XVII əsrlərdə bölgəyə güclü türk axınlarından sonra verildiyi deyilməkdədir. Tarixi İrəvan xanlığının bir hissəsi olan Sürməli 1826-1828-ci illərdə baş vermiş İkinci Rus-Qacar müharibəsi nəticəsində imzalanmış Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına verilmişdir. Bölgə ilk əvvəllər rus hakimiyyəti tərəfindən 1828-ci ildə yaradılmış Erməni oblastının, daha sonra isə İrəvan quberniyasının tərkib hissəsi olmuşdur.

1875-ci ildə Sürməli ərazisində Sürməli qəzası təşkil edilmiş və İrəvan quberniyasının tabeliyinə verilmişdir.

Rus inqilabından sonra Sürməli qısamüddətli erməni hakimiyyəti altına düşmüşdür. Lakin 1920-ci ilin sentyabrında baş vermiş Türk-Erməni müharibəsindən sonra bölgə imzalanmış Gümrü müqaviləsi ilə Türkiyəyə verilmişdir. Bu ərazi dəyişiklii Kamalist Türkiyə illə Bolşevik Rusiyası arasında imzalanmış Moskva və Qars müqavilələri ilə də bir daha müəyyən edilmişdir.

Sürməli nahiyəsi Sürməli mahalı təxminən Sürməli qəzasının yerində mövcud olmuş və İrəvan xanlığının nahiyələrindən (mahallarından) birini təşkil etmişdir. Nahiyə İrəvan xanlığının cənub-qərb torpaqlarını təşkil etmiş, Araz çayının sağ sahilində yerləşmişdir. Şimal və şimal-şərqdən Araz çayı ilə həmsərhəd olan nahiyə qərbdən Dərəkənd-Parçenis mahalı, cənubdan Ağrıdağla qonşu olmuşdur. Ağrıdağ nahiyəni Osmanlı imperiyasının Bəyazid paşalığından ayırmışdır. İvan Şopen nahiyədə əhalinin əsasən heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olduğunu, suvarılma işininn Araz çayından çəkilmiş arxlarla həyatta keçirildiyini bildirmişdir. Şopen burada 78 kəndin olduğunu bildirsə də, onlardan 28-nin dağıdıldığını əlavə etmişdir.

Rus-Qacar müharibələri 1804-1813 və 1826-1828-ci illərdə olmuş Rus-Qacar müharibələrindən sonra nahiyənin bəzi kəndləri dağıdılmışdır:

Vəlican Talasavan Abbasabad Sərxanabad Rəsullu Zənqan Hacı Abbas Saxsalı Atlıca Qaraçılı Merhava Çıxarxlı İstinax-Çıxarlı Urumuş Ərköv Göyumus Qurqan Qaraçay Əli Məlik Zor Əlikeçən Quşçu Karvansaray Əsma Quyuça Çıraxçı Sarı Hasar Muça

Ermənilərin köçürülməsi Rusiya imperiyasının Qacar imperiyasını məğlub edib imzaladığı Türkmənçay müqaviləsində, həmçinin Osmanlını məğlub edib imzaladığı Ədirnə müqaviləsində keçmiş Naxçıvan və İrəvan xanlıqlarının yerində yaradılmış rus inzibati vahidlərinə ermənilərin köçürülməsi nəzərdə tutulmuşdu. Müqavilələrin imzalanmasından ermənilərin hər iki impperiyadan bölgəyə kütləvi köçü olmuş, bu köç müxtəlif səbəblərdən XIX və XX əsr boyuca da davam etmişdir. Nəticədə bölgənin demoqrafik göstəriciləri kütləvi şəkildə dəyişmişdir. Köçlər indiki Ermənistan Respublikası ərazisində etnik Azərbaycan türklərinin azalmasına və etnik azlıq vəziyəsinnə düşməsi ilə nəticələnmişdir. Bütün bunlar o zamanlar ümumi İrəvan və Naxçıvan bölgəsinin parçası olan hər bir yerdə, o cümlədən, Sürməli də də həyata keçirilirdi.

İnzibati bölgüləri 1913-cü ildə Sürməli qəzasını təşkil edən daha kiçik inzibati vahidlər olan uçastoklar (rusca: yча́сток, cəm halı: yча́стки) belə idi: Ad1912-ci ilə görə əhaliSahəI uçastok ()41.149II uçastok ()28.093ııı uçastok ()28.090

Demoqrafiya 1886-cı il siyahıyaalması 1886-cı ildə aparılmış siyahıyaalmaya görə, bölgənin ümumi əhalisinin sayı 71.066 nəfər olmuşdur. Onlardan 34.351 nəfəri və ya 48.3%-i tatar (yəni Azərbaycan türkü), 22.096 nəfəri erməni və ya 31.1 %-i erməni olmuşdur. Ümumilikdə isə, bölgədə müsəlmanların sayı 48.970 nəfər və ya ümumi əhalisinin 68.9 %-i təşkil etmişdir.

1897-cı il ümumimperiya siyahıyaalması Ümumimperiya siyahıyaalmasına görə, 1897-ci ildə qəzada ümumilikdə 89.055 nəfər insan yaşamışdır. Onlardan 47.269 nəfəri kişi, 41.786 nəfəri qadın olmuşdur. Siyahıyaalma göstərir ki, bu tarixdə də bölgənin ümumi əhalisinin çox hissəsini Azərbaycan türkləri təşkil etmişdir. Digər yerlərdə isə erməni və kürd dilləri gəlməkdə idi. Cədvəl:

+1897-ci ildə Sürməli qəzasının linqivistik göstəriciləri:DilAna dili kimi danışanların nisbəti%Tatar41,41746.51Erməni dili 27,07530.40Kürd dili19,09921.45Rus dili7250.81Ukrayna dili6200.70Polyak dili310.03Belorus dili160.02Alman dili130.01Gürcü dili110.01Fars dili90.01Yəhudi dili60.01Yunan dili30.00Litva dili10.00Aysor dili10.00Digərləri280.03Ümumi89.055100.00

XX əsrin əvvəlləri Kavkazskiy kalendar 1910-cu ildə verdiyi məlumata görə, Sürməli qəzasının 1909-cu ilin 14 yanvar hesablamalarına görə 91.535 əhalisi olmuşdur. Onlardan 61.801 müsəlman (67.51 %), 29. 734 nəfəri erməni (32.48%) olmuşdur.

Eyni qaynağın 1917-ci il məlumatına görə, qəzanın 1909-cu il 14 yanvar tarixində ümumi əhalisinin sayı 55.364 nəfər kişidən və 49.427 nəfər qadından ibarət olmuşdur. 99.212 nəfər daimi əhalisi olan bölgənin 6.579 nəfər də müvəqqəti sakini olmuşdur. Qaynaqdan bəlli olur ki, bölgədə yaşayanlardan ən çox say şiə türklərə aiddir. Ondan sonra ermənilər, kürdlər və yezidilər gəlməkdədir. NationalityNumber%Şiə müsəlmanlar44,15342.13Ermənilər32,68631.19Kürdlər14,67914.01Yezidilər10,86910.37Sünni müsəlmanlar1,8011.72Ruslar4290.41Yəhudilər950.09Digər avropalılar600.06Xristianlar190.02Ümumi104.791100.00

Yaşayış məntəqələri 1897-ci il siyahıyaalmasına görə, Sürməli qəzasında sakinlərinin sayı 500-dən çox olan 51 yaşayış məntəqəsi olmuşdur. Bu məntəqələrin dini göstəriciləri belə idi: AdİnancÜmumiRus formasıLatınlaşdırılmışErməni Həvari kilsəsiMüsəlmanlarŞərq Ortodoks xristianlarıYezidilərKişilərQadınlarBothАббас-ГёлAbbasgöl483274253527АкаракAkarak 924454470924АлетлуAletlu717365352717АлиджанƏlican 835421414835АликамарлуƏli Qəmərli 1,5598267601,586АликизилƏliqızıl523301244545АрабкирлуƏrəbgirli623321302623Аралых-БашкендAralıq-Başkənd 1,9481,0039471,950Аралых-Сурб-Оган (Орта-кенд)Aralıq-Oğan 979510469979АратанAratan 487254243497АргаджиƏrhacı1,1186275121,139АхвеисAxveis1,0655215441,065АхшамедAxşamed718375343718БагарлуBaharlı1,1996205961,216Гасан-ХанHəsənxan 509255254509ГедаклуGedaklu540276264540ГекджалуGekcalu538299244543Гюллуджа (Гюлаб)Güllücə1,1005645361,100ДашбурунDaşburun2,1031,1001,0262,126Джаннар-абатCannarabad903466437903Джувтлуг (Байрам-Али-Кенд)Cuvutluq (Bayram Əli kənd)598313285598ЗильфугарZülfüqar635356279635ЗорZor749394363757Игдырİğdır3,9325652,6891,9914,680Игдыр-моваİğdır-mova7828348437821,625КазанчиQazançı 557284273557КазикишлягQazıqışlaq326380359347706КамышлуQamışlu529267262529Каракоюнлу IIQaraqoyunlu II1,8571,0138581,871КаракуйQarakuy533291251542Кизил-Закир (Закирлу)Qızıl-Zakir (Zakirlu)194325307217524КульпKulp 3,2871,8761,7033,579КюллюкGüllük1,0305235071,030МалаклуMələkli2,1261,1291,0112,140Молла-КамарMolla-Qəmər577303274577Муршуд-АлиMürşüd Əli535288289577Наджаф-АлиNəcəf Əli49779291285576Оба (Аликамар-Ислам)Oba (Əliqəmər İslam)603308295603ПаникPanik1,1435935501,143ПарнаутParnaut682125477330807ПлюрPlyur1,8509479031,850Сараглу (Гаджи-Ага)Saraqlu (Hacıağa)573311262573Сулейман-абат (Диза)Süleymanabad (Diza)1,8289508781,828СурмалуSürməli (Duzluca)512282230512ТейджерлуTeycerlu973499474973Тоханшалу-БаятToxanşalu-Bayat 512289223512Тоханшалу-КоджарToxanşalu-Qacar 1,0635545091,063ХалфалуXəlfəli9865564941,050Хош-ХарабXoş-Xarab 693367328695ЭвджилярEvcilər1,5317647701,534ЯйджиYaycı1,2896646251,289TOTAL26,89026,04869053028,91926,05854,977

1908-ci ildə qəzanın ən böyük yaşayış məntəqələri bunlar idi: +MəntəqələrÜmumi əhaliErmənilərTürklər (Azərbaycanlılar)Aşağıərhacı 207502075Daşburun245524550İğdır369131030Duzluca412641260Mələkli215002150Pirsaq217102171Enginalan 224422440Suqi297002970

Qeydlər

İstinadlar

Mənbə

Kateqoriya:Sürməli qəzası Kateqoriya:Qərbi Azərbaycan mahalları